Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-736/2024 13.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi X1 və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay şəhəri, Əhməd Cavad küçəsi, ev 7də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli və xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs 09 avqust 2024-cü il tarixdə, saat 15:20 radələrində Göyçay şəhəri, Əhməd Cavad küçəsində Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, onu nizam-intizama dəvət edən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar tərtib edilmiş, Şəxs tərtib edilmiş protokollarla tanış olaraq imzalamış və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 izahat verərək bildirdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Göyçay rayon polis şöbəsinə müraciət edərək, əri Şəxs evinin qarşısına gələrək onu söyüb təhqir etdiyini bildirmişdir. Həmin gün növbədə olan Göyçay rayon polis şöbəsinin sahə rəisi, Şahid3 əməliyyat qrup ilə birlikdə oraya getmişlər. Bundan sonra polis əməkdaşları Şəxs yaşadığı evə getmiş, barəsində olan şikayət ərizəsi ilə bağlı onu rayon polis şöbəsinə dəvət etmişlər, əvvəlcə Şəxs qorxduğu üçün rayon polis şöbəsinə getməkdən imtina edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, sonradan rayon polis şöbəsinə gətirilərək barəsində inzibati qaydada tutma protokolu tərtib edilərək müvəqqəti saxlama yerində saxlanılmışdır. Daha sonra onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməlləri törətdiyini etiraf etməyərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə aralarında olan nikah pozulmasa da, 2 ildir ki, ayrı yaşayırlar. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs harada olduğunu bilmək üçün mobil telefon vasitəsi ilə zəng etmiş, lakin Gülnarə zəngə cavab vermədiyi üçün ona həmin gün saat 15 radələrində yenidən zəng edərək Gülnarənin yaşadığı binanın qarşısına getmişdir. Orada olarkən mobil telefon vasitəsi ilə Gülnarənin böyük bacısına Gülnarə ilə görüşmək istədiyini demiş, lakin Gülnarə onunla görüşmək istəmədiyi üçün avtomobilinə əyləşərək oradan çıxıb getmişdir. Həmin gün orada heç bir səs-küy salmamış, orada yaşayan qonşuları görməmişdir. Təxminən 30 dəqiqə sonra polis əməkdaşları onun yaşadığı ünvana gələrək Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə bağlı onlarla bərabər rayon polis şöbəsinə getməli olduğunu tələb etdikdə etiraz etməyərək onlarla bərabər xidməti avtomobilə əyləşərək polis şöbəsinə getmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, son 2 ildir ki, əri Şəxs ilə ayrı yaşayır. Dəfələrlə Şəxs onu narahat etməsi ilə bağlı şikayətlər etmişdir. Bundan başqa Şəxs ilə birgə nikahdan anadan olmuş uşaqları Göyçay rayon Məhkəməsində İbrahim Fəttahovun sədrliyi ilə baxılaraq uşaqların onun yanında qalması müəyyən edilmiş, lakin Şəxs uşaqlarını ondan alaraq ona verməmişdir. Sonuncu dəfə dəfələrlə etdiyi şikayətə baxmayaraq, Şəxs onu yaşamağa qoymamış, zorakılıqlara məruz qoymuş, bununla bağlı DİN-nin 102 xidmətinə zəng edərək Rüstəmin azyaşlı uşağını gecə saat 03 radələrində yaşadığı evə gətirərək onun evdə olub-olmamasını və telefon zənginə cavab verməsi ilə bağlı uşağı zorakılığa məruz qoyduğunu bildirmişdir. Göyçay rayon polis şöbəsinə etdiyi şikayətlə bağlı ərini müayinə olunması üçün həkimə aparmışlar, müayinə aktında heç bir şey çıxmasa da o, müayinə aktı ilə razılaşmayaraq nazirliyi şikayət etmişdir. Göyçay rayon polis şöbəsinin rəisi müavini Abbas müəllim Şəxs polis şöbəsində izahat aldıraraq onu bir daha narahat edən və toxunan olmayacağını demişdir. Polis şöbəsində ondan izahat alınarkən polis əməkdaşları ona Rüstəmin birdə onun qapısına nə vaxt gəlib onu narahat etsə onlara zəng edərək məlumat verməsini bildirdilər. Buna baxmayaraq Rüstəm onu işə gedərkən yenidən narahat etmiş, yolda onu bezdirərək təzyiqlər göstərmiş, uşaqlarına görə bütün bunlara dözüb dayanmışdır. Şəxs xx.xx.2024-cü il tarixdə günün ikinci yarısında onun yaşadığı evin qarşısına gəlmiş, ondan bir gün əvvəldə Rüstəm yaşadığı ünvana gələrək gecə saat 03 radələrində hər dəfə olduğu kimi onun şərəf və ləyaqətini alçaldacaq sözlər işlətmiş, səbəb kimi guya ki, o əxlaqsızlıq edərək harasa getmişdir. Bundan sonra Göyçay rayon İcra Hakimiyyətindən ona qadın zorakılığı ilə bağlı order verilmişdir ki, Şəxs ona zəng edib və yaxınlaşıb narahat edə bilməz. Yenidən Rüstəm öz etdiyi hərəkətlərindən çəkinməyərək onu və digər ailə üzvlərini mobil telefon vasitəsi ilə zəng etmiş, söyüb təhqir edərək şəxsiyyətlərini alçaltmış, hətta polis əməkdaşlarını da söyüb təhqir etmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs ona mobil telefon vasitəsi ilə zəng etmiş, yaşadığı evin qapısını döyərək ona haradansa gəldiyini dedikdə işlə bağlı məşğulluq idarəsinə getdiyini, oradan gəldiyini demiş, həmin vaxt qorxduğu üçün rayon polis şöbəsinin rəis müavini Abbas müəllimə zəng edərək Rüstəmin onu narahat etdiyini, yaşamağa qoymadığın bildirmişdir. Həmin vaxt gecə saat 04 radələrində polis əməkdaşları Rüstəmi polis şöbəsinə gətirmişlər. Şəxs hərəkətləri artıq dözülməz həddə gəlib çatmışdır. Ondan şikayətçidir. Barəsində qanuna müvafiq qaydada tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin İTBnin sahə rəisi Şahid3 izahat verərək göstərmişdir ki, hadisə ilə bağlı həmin gün Şəxs arvadı Zərərçəkmiş şəxs rayon polis şöbəsinə müraciət edərək, 3 gün əvvəl və xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Rüstəmin onun yaşadığı ünvana gələrək ictimai yerdə onu nalayiq ifadələr işlədərək söyüb təhqir etdiyini bildirmişdir. Bununla bağlı Şəxs mobil telefonuna zəng etmiş, telefonuna zəng çatmadığı üçün əməliyyat qrupu ilə birlikdə Şəxs yaşadığı ünvana gedərək onu barəsində olan şikayət ərizəsi ilə bağlı rayon polis şöbəsinə dəvət edən zaman o, nalayiq ifadələr işlətmiş, “sizin əlinizdən artıq bezmiş, əl çəkin məndən” deyərək onların qanuni tələblərinə tabe olmayaraq polis şöbəsinə getməkdən imtina etmişdir. Dəfələrlə onu nizam-intizama dəvət etmişlər, lakin o qanunsuz hərəkətlərini davam etdirərək qanuni tələblərinə tabe olmamışdır. Daha sonra onu xidməti avtomobillə əyləşdirərək barəsində qanuna müvafiq tədbirlər görülməsi üçün rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin xidmət üzrə baş inspektoru Şahid2 izahat verərək göstərmişdir ki, əməliyyat qrupunda növbədə olarkən növbətçi hissədən ona məlumat daxil olmuşdur ki, Zərərçəkmiş şəxs izahatı alınmalıdır. Bununla bağlı ona telefon vasitəsi ilə zəng edərək harada olduğunu soruşaraq Zərərçəkmiş şəxs etdiyi müraciət ilə bağlı ərizə alınması üçün rayon polis şöbəsinə yaxınlaşması bildirmişdir. Daha sonra polis şöbəsinə gələrək ondan yazılı ərizə alınmışdır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid1 izahat verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşudur. Yaşadığı evdə olarkən Gülnarənin əri Şəxs dəfələrlə yaşadıqları binanın qarşısına gələrək Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyərək söyüb təhqir etmişdir. Sonuncu dəfə amma nə vaxt gəldiyini dəqiq xatırlamır. Onun bu hərəkətləri onun və orada qonşuluqda yaşayan insanların narazılığına səbəb olmuşdur. Dəfələrlə Gülnarəyə ondan ayrılmasını deyərək bu işə artıq son qoymasını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 avqust 2024-cü il tarixdə, saat 15:20 radələrində Göyçay şəhəri, Əhməd Cavad küçəsində Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 avqust 2024-cü il tarixdə, saat 15:20 radələrində Göyçay şəhəri, Əhməd Cavad küçəsində onu nizamintizama dəvət edən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; -inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:00-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 11:00-da azad edilmişdir. -xx.xx.2024-cü tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək, əri Şəxs ünvanına gələrək onu söyüb təhqir etməsi barədə şikayət etmişdir. Polis əməkdaşları həmin ünvana gedib Şəxs rayon polis şöbəsinə dəvət edən zaman o “polis şöbəsinə getməyəcəyini” bildirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə ilk öncə qeyd edir ki, Şəxs əməlində protokolda qeyd edilən 535.1-ci maddədə nəzərdə tutulan inzibati məsuliyətin yaranması sübut olunsa da onun hərəkətlərində İXM-nin 510-cu maddə ilə inzibati xəta hadisəsi baş vermədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dizposiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz özlüyündə inzibati hüquqpozmadır və İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün ictimai qaydanı pozulması əsas şərtdir. Halbu ki, iş materiallarında Şəxs xx.xx.2024-cü il tarixdə barəsində olan müraciəti ilə bağlı polis əməkdaşları ilə mübahisə edərkən Şəxs tərəfindən ictimai yerdə səs-küy salaraq, ictimai qaydanı pozmasına dəlalət edə biləcək sübut mövcud olmamış, digər birbaşa sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Göründüyü kimi Göyçay RPŞ-si yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati qaydada həbs edilmiş şəxs özünü təqsirli bilmədiyindən polis əməkdaşları ilə yanaşı bilavasitə bu hadisənin şahidi olmuş şəxslərin bir qismi müəyyən edilməklə izahatları alınmalı, yəni yalnız eyni xidməti funksiyanı həyata keçirən polis əməkdaşının izahatı ilə kifayətlənməməli idi. Bu hal inzibati araşdırmanın səthi və natamam aparılmasını göstərməklə yanaşı, vətəndaşa münasibətdə qərəzsizliyi şübhə altına alır. Hazırkı halda yalnız polis əməkdaşının izahatı mötəbər sübut kimi qəbul edilə və şəxsin əleyhinə qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinin mənasına görə, qanun ilə inzibati xətanın bütün əlamətləri müəyyən edilmədiyi halda heç kəs inzibati məsuliyyətə cəlb edilə bilməz. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta araşdırılmamış, məhkəmə baxışında ziddiyyətli vəziyyət yaranmışdır. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması ziddiyyətli vəziyyət yaranması səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. "Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İİ bəndinə əsasən, ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək; cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək; yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək; yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək; yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotu sistemini təşkil etmək və s. polisin əsas vəzifələridir. Həmin Qanunun 4-cü (Polisin fəaliyyət prinsipləri və istiqamətləri) maddəsinə görə isə polis insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və təkbaşçılıq prinsipləri əsasında fəaliyyət göstərir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eyni zamanda şahid izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Göyçay rayon Polis şöbəsinin əməkdaşları Şəxs yaşadığı ünvana gedərək onu barəsində olan şikayət ərizəsi ilə bağlı rayon polis şöbəsinə dəvət edən zaman o, nalayiq ifadələr işlətmiş, onların qanuni tələblərinə tabe olmayaraq polis şöbəsinə getməkdən imtina etmişdir. Bununla da, Məmmədov X4 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin məhkəmə baxışı zamanı verdiyi izahata iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə verdiyi izahat həqiqətə uyğun deyil, onun bu məzmunda izahat verməsi inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədə müvafiqdir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından həmin maddə ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X2 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 24 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-736/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-736/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver