Məhkəmə qərarları › İş №3(046)-739/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-739/2022

28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-739/2022 28.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Göyçay rayonu Yeniarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Göyçay rayonu Yeniarx kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində 28 noyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 15 radələrində sərxoş vəziyyətdə Göyçay rayonu Yeniarx kəndində həmkəndlisi Zərərçəkmiş şəxs həyətində toy mərasimi keçirilən zaman səs-küy salmış, ictimai qaydanı pozaraq xırda xuliqanlıq əməli törətmişdir. İnzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olarkən spirtli içki qəbul etmişdir. Daha sonra həmkəndlisi Pənahın nəvəsinə toy məclisini etdiyini eşidərək oraya getmiş, orada olarkən toy sahibinin onu məclisə buraxmadığına görə əsəbiləşib səs-küy salmışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə yaşadığı evin həyətində nəvəsinə toy məclisi etmişdir. Bu zaman həmkəndlisi Şəxs sərxoş vəziyyətdə həyətinə girərər səs-küy salmış, Zamiqi sakitləşdirib oradan uzaqlaşdırmaq istədikdə onun ünvanına nalayiq söyüşlər söyərək təhqir etmişdir. Şəxs barəsində qanuni tədbir görülməsin xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə yüngül dərəcəli sərxoş olmuşdur. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:10-da inzibati qaydada tutulmuşdur. İnzibat xəta törətmiş Şəxs izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə 1 ay müddətinə inzibati qaydada həbs olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs inzibati xətaları sərxoş halda və il ərzində eyni inzibati xətanı təkrar törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs tərəfindən törədilən inzibati xətaların xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halın olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 15 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən saat 16:10-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar