Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-74/2021 30.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, X1nun və Göyçay rayon YPX-nin inspektoru kiçik serjantı Nümayəndə iştirakı ilə, Göyçay rayon YPX-nin inspektoru kiçik serjantı Nümayəndə tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qərardan verilmiş şikayətə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində xx.xx.2020-ci il tarixdə İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın ləğv edilərək, inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 şikayətini belə əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində idarə etdiyi VAZ- 21074 markalı ** DS *** dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən Göyçay RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Nümayəndə tərəfindən saxlanılmış, Sənədlərini alıb yoxlamamış polis əməkdaşı ona avtomobilinin arxa hissəsinin aşağı olduğunu bildirmişdir. Qeyd edilən halı necə müəyyən etidiyini soruşduqda, inspektor ondan icazəsiz idarə etdiyi avtomobilə əyləşib avtomobili polis şöbəsinin qarşısına aparmışdır. X8 inspektorunun qeyri qanunu hərəkətini anlayıb yaşadığı ünvana qayıtmış, evinə çatmamış onun telefon nömrəsinə SMS məlumat daxil olmuş, SMS-i oxuyarkən cərimə olunmasını görmüşdür. İnzibati protokolla bağlı şikayət etməyinə baxmayaraq məcbur qalaraq cəriməni ödəmişdir. Halbu ki, İXM-nin 144-cü maddəsinə əsasən inzibati protokoldan şikayət etdikdən sonra müvafiq icra qurumu həmin protokolun icraatını araşdırılma aparılan müddətdə müvəqqəti olaraq dayandırılmalıdır. Göyçay rayon polis şöbəsinin YPX-nin inspektoru kiçik serjantı Nümayəndə avtomobili duracağa qeyri qanuni yolla yerləşdirmiş, avtomobili ilə bağlı RPŞ-nin rəisi tərəfindən dəqiq və düzgün qərar verilməmişdir. Bundan başqa inspektorun ona şifahi etdiyi izahat və aldığı cavab məktubu ilə ona məlum olmuşdur ki, guya avtomobilinin arxa hissəsi aşağıdır, avtomobilin tam kütləsinin və bu kütlənin oxlar üzrə bərabər qaydasını pozmuşdur. Lakin inspektor avtomobilin kütləsini metroloji cihazla ölçməmişdir. Belə hesab edir ki, barəsində tərtib edilmiş inzibati qərar qanunsuzdur, X7 Qanunun 1 saylı əlavənin tələblərini pozmamışdır. Buna görə də qərarın ləğv edilməsin xahiş etmişdir. Göyçay rayon YPX-nin inspektoru kiçik serjantı Nümayəndə izahat verərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Göyçay şəhəri Natəvan küçəsində X2 idarə etdiyi VAZ 21074 markalı **-DS-*** dövlət nömrə nişanlı avtomobildə normativ tələbləri pozaraq, avtomobilin avadanlığında müəyyən dəyişiklik edilməsinə görə saxlanılmış, həmin vaxt X2 avtomobili sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilmişdir. Avtomobil Göyçay rayon PŞ-nin avtonəqliyyat vasitələrinin saxlancına aparılmış, X4 barəsində İXM-nin 332.2 və 342.2.2-ci maddələri ilə xx.xx.2020-ci il tarixdə İXP ******* saylı inzibati protokol tərtib edilmiş, həmin protokola əsasən X2 150 manat cərimə edilməsi barədə xx.xx.2020-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Buna görə də şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon YPX-nin inspektoru kiçik serjantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə qərarından görünür ki, X4 xx.xx.2020-ci il tarixdə saat 14:30-da Göyçay şəhəri Natəvan küçəsində idarə etdiyi VAZ 21074 markalı **-DS-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən avtomobildə konstruktiv dəyiklik etdiyinə və sürücülük hüququ olmadan avtomobili idarə etdiyinə görə İXM-nin 332.2 və 342.2.2-ci maddələrinin tələblərini pozduğundan inzibati qaydada 150 manat cərimə edilmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar həmin tarixdə yəni xx.xx.2020-ci il tarixdə SMS vasitəsi ilə göndərilmiş, X4 xx.xx.2021-ci il tarixdə həmin qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X4 şikayət vermə müddətini 2 aydan artıq buraxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Belə olan halda tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X2 Göyçay rayon YPX-nin inspektoru kiçik serjantı Nümayəndə tərəfindən xx.xx.2020cu il tarixdə qəbul edilmiş, TP ******* saylı inzibati tənbeh vermə qərarı ilə razılaşmadığı barədə göstərdikləri xüsusatlar onun barəsində qəbul edilmiş qərarın ləğvi üçün əsas ola bilməz. Buna görə də X2 şikayəti əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilməsin. X2 Göyçay rayon YPX-nin inspektoru kiçik serjantı Nümayəndə tərəfindən xx.xx.2020-ci il tarixli İXM-nin 332.2 və 342.2.2-ci maddəsi ilə 150 manat inzibati qaydada cərimə edilməsi barədə qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №3(046)-74/2021
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-74/2021
30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver