Məhkəmə qərarları › İş №3(046)-74/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-74/2024

01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-74/2024 01.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, xx.xx.1997-ci ildə Göyçay rayonu Mollahacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Göyçay rayonu Mollahacılı kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs 14 yanvar 2024-cü il tarixdə Göyçay rayonu Məlikkənd kənd ərazisində mərhum babasına məxsus bir ədəd təklüləli 16 kalibrli, “Toz” markalı, T-42447 nömrəli, yivsiz lüləli ov silahını müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi olmadan sənədsiz özündə saxlanılmasına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3 və 112.1.4-cü maddələrinə əsasən, işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri polis serjantı X1 rayon Polis Şöbəsinin rəisi Müqalib Abdıyevə müraciət edərək xx.xx.2024-cü il tarixdə polis nəfəri Bayram Abdurəhmanovla birlikdə Göyçay rayonu Məlikkənd kəndində xidmətdə olan zaman həmin tarixdə saat 14 radələrində Göyçay rayonu Mollahacılı kənd sakini Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi almamış mülki silahı əldə edərək daşınması tərəflərindən müəyyən edilmişdir. Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətləri İctimai birliyinin Ucar rayon Ovçuların 2 saylı dayaq məntəqəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, təklüləli 16 kalibrli, “Toz” markalı, T-42447 nömrəli, yivsiz lüləli mülki ov silahıdır. xx.xx.2024-cü il tarixli, 3-13-76/2-2071/24 saylı məktubdan görünür ki, bir ədəd təklüləli 16 kalibrli, “Toz” markalı, T-42447 nömrəli, yivsiz lüləli mülki ov silahıdır. Göyçay rayon Polis Şöbəsinin odlu silahın uçotu və qeydiyyatı kitabında qeydiyyatda yoxdur. xx.xx.2024-cü il tarixli maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, təklüləli 16 kalibrli, “Toz” markalı, T-42447 nömrəli ov silahı hal şahidlərinin iştirakı ilə götürülərək Göyçay rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1 və 151.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, inzibati xətanın törədilmə şəraitini, eləcə də məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq onun barəsində əsas inzibati tənbeh tədbiri olaraq cərimənin, əlavə inzibati tənbeh tədbiri olaraq isə inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, bir ədəd təklüləli 16 kalibrli, “Toz” markalı, T-42447 nömrəli, yivsiz lüləli ov silahı müsadirə edilməklə, 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar