Məhkəmə qərarları › İş №3(046)-740/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-740/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-740/2025 23.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 iştirakı ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28786212 nömrəli qərarından şikayət verilmə müddətinin bərpası barədə vəsatətinə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 vəsatət ilə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28786212 nömrəli qərardan şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 vəsatəti belə əsaslandırmışdır ki,Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin 24 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28786212 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət etmişdir. Lakin məhkəmənin 04 sentyabr 2025-ci il tarixli qərardadı ilə müraciəti geri qaytarılmışdır. Qərardadda göstərilir ki, guya inzibati qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüş və müddətin bərpası barədə vəsatət verməmişdir. Bu nəticə ilə razı deyil, çünki həmin inzibati qərarın surətini rəsmi qaydada almamış. Qərarın surəti ona nə poçt vasitəsilə, nə də elektron qaydada təqdim edilməmişdir. Qərarın mövcudluğu barədə yalnız mobil telefonuna gələn SMS bildirişindən xəbər tutmuşdur. Buna görə də vəsatətin təmin edilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli EQ 28786212 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-nin 353.5-ci maddəsi təqsirli bilinərək 1200 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X3 şikayət ərizəsinə barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28786212 saylı inzibati tənbeh vermə haqqında qərarı əlavə etmiş, lakin müddətin bərpası barədə vəsatətində qərarın mövcudluğu barədə yalnız mobil telefonuna gələn SMS bildirişindən xəbərdar olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, X1 qərarı hansı tarixdə əldə etdiyinə, hansı səbəblərdən şikayət vermə müddətini ötürdüyünə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən X2 Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28786212 nömrəli qərarından şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatəti təmin edilməməli və Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28786212 nömrəli qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 130-cı maddəsinin rəhbər tutaraq, məhkəmə qərar verdi: X2 Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28786212 nömrəli qərarından şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatəti təmin edilməsin və Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28786212 nömrəli qərarından verdiyi şikayət geri qaytarılsın. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar