Məhkəmə qərarları › İş №3(046)-741/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-741/2022

28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-741/2022 28.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Göyçay rayonu, İnçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 2ci qrup əlil, işsiz, Göyçay rayonu, İnçə kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, xx.xx.2022-ci il tarixdə, saat 12:10-da Göyçay RPŞ-nin inzibati binasının həyətində səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə barəsində inzibati xəta protokolu tərtib edilmiş şəxs Şəxs törətdiyi əməli etiraf edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi törətdiyinə görə Göyçay RPŞ-nin DYPB-nə getmiş, polis şöbəsinin inzibati binasının həyətində olarkən əvvəlcədən tanıdığı İnçə kəndində sahə rəisinin köməkçisi vəzifəsində işləyən Tural Nuriyevi görmüş, ona yaxınlaşaraq yol nəqliyyat hadisəsi törətməyi barədə məlumatı polis şöbəsinə onun verdiyini demişdir. Bu zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı əsəbiləşdiyinə görə orada səs-küy salmışdır. Polis əməkdaşları yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş, lakin buna baxmayaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Törətdiyi əməldən peşmandır. İş materiallarına əlavə edilmiş DSMF-nun Göyçay rayon şöbəsi tərəfindən verilmiş 025607 saylı vəsiqədən görünür ki, Şəxs 2-ci qrup əlildir. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, eləcə də törətdiyi əməli etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi, həmçinin məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 200 manat inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar