Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-741/2024 13.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X2, xx.xx.1975-cü ildə Göyçay rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə saat 18.01 və 18.11-də DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə telefon vasitəsilə zəng edərək təhqiredici ifadələr işlətmiş, sonra onu Göyçay rayon Polis Şöbəsinə xx.xx.2024-cü il tarixdə müvafiq sənədləşdirmə üçün gətirilən zamanı saat 20.10 radələrində Göyçay rayon Polis Şöbəsində ucadan səs-küy salıb nalayiq ifadələr işlədərək ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 13 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokollarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki,yol nəqliyyat hadisəsində xəsarət aldığı üçün təcili tibbi yardıma zəng etmişdir.Lakin ona tibbi yardım göstərilmədiyinə görə xx.xx.2024-cü il tarixdə saat 18 radələrində DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək təhqiredici ifadələr işlətmişdir. Həmin zaman spirtli içki qəbul etmişdir.Daimi yaşayış yeri olmadığına görə müxtəlif yerlərdə gecələyir.xx.xx.2024-cü il tarixdə Göyçay rayon Polis Şöbəsinin əməkdaşı onu rayon polis şöbəsinə dəvət etmişdir. O da Göyçay rayon Polis Şöbəsində xx.xx.2024-cü il tarixdə etdiyi hərəkətə görə izahat vermək istəməmiş,ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Orada olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər, onu nizam intizama dəvət etsələrdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq yenidən ucadan nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Göyçay RPŞnin İTB-nin polis sahə rəisi Babək Lətifov ilə birlikdə Göyçay şəhəri, Ə.Kərim küçəsində saat 19:10 radələrində xidmətdə olan zaman Şəxs tərəflərindən Göyçay RPŞ-nə gətirilmişdir.Onun barəsində Göyçay RPŞ-də saat 20:10 radələrində müvafiq sənədləşdirmə aparılan zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ucadan nalayiq ifadələr işlətmiş,onların qanuni tələblərinə tabe olmayaraq ucadan səs-küy salmışdır.Onu nizam-intizama dəvət etsələr də,onların tələbinə qəsdən tabe olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 022735 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş 24 may 2024-cü il tarixli raportdan görünür ki, DİN-nin X1 Xidmətinin rəisi Mirəziz Mirzəliyev tərəfindən xx.xx.2024-cü il tarixdə saat 18.01 radələrində və 18.11 radələrində Göyçay rayon sakini Şəxs (051) ***-**-** nömrəsindən “102” xidmətinə zəng edib, anlaşılmaz danışıqlar apararaq xidmətin iş rejimini pozub təhqiredici ifadələr işlətməsi ilə bağlı DİN-nə müraciət olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki,İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbs növündə inzibati tənbehin müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətaların müvafiq olaraq ictimai qayda və idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti,əmlak vəziyyətinin qənaətbəxş olmaması nəzərə alır. Bundan başqa inzibati xəta törədən şəxsin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Beləliklə hesab edirəm ki, inzibati xəta törətmiş şəxs daha ciddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətaya görə həmin maddənin sanksiyası həddləri daxilində müəyyən müddətə inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 12 avqust 2024-cü il, saat 20:50-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-741/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-741/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver