Məhkəmə qərarları › İş №3(046)-741/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-741/2025

28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-741/2025 28.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1, xx.xx.1998-ci ildə Göyçay rayonu, Şəkər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay rayonu, Şəkər kəndində qeydiyyatda olan X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar İmişli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İmişli rayon X6 X8 inzibati təcrübə baş üzrə inspektoru X3 tərəfindən Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə 13 iyul 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, o 18 noyabr 2024-cü il tarixli, EQ 24666506 saylı qərara əsasən İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilməsinə baxmayaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İnzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında ondan vəsatət daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki,iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 18 noyabr 2024-cü il tarixli, EQ 24666506 qərara görə Şəxs İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XXXİX fəslinə görə İXM-in 529.3-cü maddəsi ilə törədilən əməl idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsi İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, İXM-in 529.3-cü maddəsi ilə törədilən əməl idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hesab edilir, inzibati tənbeh idarəçilik qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, 18 noyabr 2024-cü il tarixli, EQ 24666506 saylı qərara görə Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaya görə İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmiş, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın 09 dekabr 2024-cü il tarixdən qanuni qüvvəyə minməsi və İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta hadisəsinin 10 mart 2025-ci il tarixdən törədildiyi nəzərə alınsa, inzibati tənbeh xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək, yəni 10 iyul 2025-ci il tarixədək verilə bilər. Lakin hazırki iş üzrə təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs barəsində İmişli rayon X6 X8 inzibati təcrübə baş üzrə inspektoru X3 tərəfindən İXM-in 529.3-cü maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol 13 iyul 2025-ci il tarixdə tərtib edilmiş, yəni inzibati məsuliyyətə cəlb etmə müddəti keçəndən sonra tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənləri nəzərə alıb, hesab edirəm ki, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol onun məsuliyyətdən azad edilməsi üçün əsasların olmasına baxmayaraq müddət keçəndən sonra tərtib edildiyindən, müddətin keçməsi ilə bağlı o inzibati məsuliyyətdən azad edilməli, bununla da iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115-ci maddələrini rəhbər tutub, qərara aldım: Şəxs 13 iyul 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad olunaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar