Məhkəmə qərarları › İş №3(046)-742/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-742/2022

29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-742/2022 29.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, barəsində inzibati xəta protokolu tərtib edilmiş X1 iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Göyçay rayonu, Alpout kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Alpout kəndində qeydiyyatda olan və yaşayan X3 haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri, Nizami küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə barəsində inzibati xəta protokolu tərtib edilmiş şəxs X3 törətdiyi əməli etiraf edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:10-da Vaz-2106 markalı **- CO-*** dövlət nömrə nişanlı avtomobili Göyçay şəhəri, Nizami küçəsində saxlamışdır. Həmin vaxt YPX-nin əməkdaşları ona yaxınlaşmış, dayanma-durma qaydasını pozduğunu bildirərək barəsində inzibati xəta protokolu tərtib olunacağını bildirmişdir. O, YPX-nin əməkdaşlarının sözlərinə məhəl qoymamış, avtomobili hərəkət etdirərək oradan uzaqlaşmışdır. YPX-nin əməkdaşları ona saxla əmri verərək avtomobili saxlatmış, avtomobili sürüb getməyinə irad bildirmişdir. Həmin vaxt aralarında mübahisə yaranmış, mübahisə zamanı onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Törətdiyi əməldən peşmandır. İş materiallarına əlavə edilmiş DVD disk video görüntüsünə baxış zamanı X1 YPXnin əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı müəyyən edilmişdir. X4 Haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə saat 12:30-da inzibati qaydada tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 09:50-də azad edilmişdir. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X1 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. X2 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə X2 inzibati tənbeh təyin edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, eləcə də törətdiyi əməli etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi, həmçinin məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: X3 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 200 manat inzibati cərimə tənbeh növü təyin edilsin. X1 inzibati qaydada tutulduğu bir gün müddət nəzərə alınmaqla inzibati cərimənin məbləği 100 manat müəyyən edilsin. Qərarın icrası X1 yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar