Məhkəmə qərarları › İş №3(046)-744/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-744/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-744/2023 04.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İnzibati xəta törətmiş Şəxs Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Göyçay rayonunda kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi, 5035 məhəlləsi, ev 2, mənzil 145-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs 2023-cü ilin mart ayında zərərçəkmiş şəxs X1 nəvəsi Əhməd Abdulovun həbs müddətinin azaldılması məqsədi ilə 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, X1 tanışı X3 vasitəsi ilə tanımışdır. 2023-cü ilin mart ayında Sürəyyə Həsənova ona nəvəsinin həbsdə olduğunu bildirmiş, həmin vaxt X2 nəvəsinin həbs müddətindən 6 ay azalda biləcəyini, bunun üçün 1000 manat pul lazım olduğunu bildirmiş, Sürəyyə isə ona hazırda 1000 manat pulunun olmadığını, hissə-hissə pulu ödəyəcəyini bildirmiş, 2023-cü ilin may ayında kart hesabına Sürəyyə Həsənova 500 manat pul ödəmişdir. X5 dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində izahat vermiş X4 göstərmişdir ki, nəvəsi Əhməd Abulov 6 il 6 ay həbs cəzası almışdır. 2023-cü ilin mart ayında qohumunun vasitəsi ilə Şəxs tanımışdır. Ramiz ilə telefonla danışan zaman Ramiz ona nəvəsinin həbsindən 6 ay azaldacağını, bunun üçün 1000 manat pul lazım olduğunu bildirmişdir. Ramizə 1000 manat pulunun olmadığını, hissə-hissə ödəyə biləcəyini bildirmiş, Ramiz onunla razılaşmışdır. Hissə-hissə olmaqla Ramizin ona bildirdiyi kart hesabına 500 manat pul köçürmüşdür. Hal-hazırda Şəxs ona dəymiş ziyanı ödəmiş, onunla barışmışdır. Buna görə də ondan şikayəti və tələbi yoxdurş Təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxs X4 tərəfindən verilmiş ərizədən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən və onunla barışdığından Şəxs barəsində olan materiala xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən - xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati işin icraatına xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən Şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyindən və barışdığından barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar