Məhkəmə qərarları › İş №3(046)-745/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-745/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-745/2023 04.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Düdəngə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, Qarabağlar kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində 04 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 227ci maddəsi ilə inzibati xəta protokolları tərtib edilmişdir ondan ötrü ki, Şəxs Göyçay rayonu Çayarxı kəndində yerləşən Region Store mağazasından xx.xx.2023-cü il tarixdə 465 manat, xx.xx.2023-cü il tarixdə 315 manat, xx.xx.2023-cü il tarixdə 360 manat, xx.xx.2023cü il tarixdə 492 manat və xx.xx.2023-cü il tarixdə isə 395 manat dəyərində tikinti materialları almış, qısa zamanda pulunu ödəyəcəyini söz vermiş, lakin həmin şəxsi maraqları üçün mənimsəmişdir İnzibati xəta törətmiş Şəxs törətdiyi əməli etiraf edərək göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında Göyçay şəhəri Nizami küçəsində icarə əsasında özünə məxsus “Gold Corona” adı ilə evlərin təmir və tikintisi ofisi açaraq fəaliyyətə başlamışdır. Göyçay rayonu Çayarxı kəndində yerləşən Region Store mağazasından xx.xx.2023-cü il tarixdə 465 manat, xx.xx.2023-cü il tarixdə 315 manat, xx.xx.2023-cü il tarixdə 360 manat, xx.xx.2023cü il tarixdə 492 manat və xx.xx.2023-cü il tarixdə isə 395 manat dəyərində tikinti materialları almışdır. Həmin materiallarla tikinti işləri aparmış, vətəndaşlardan aldığı pulları xərcləmişdir. Zərərçəkmişə olan borcunu tezliklə qaytaracaqdır.Törətdiyi əməldən peşmandır. Məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs Göyçay rayonu Çayarxı kəndində yerləşən Region Store mağazasından xx.xx.2023-cü il tarixdə 465 manat, xx.xx.2023-cü il tarixdə 315 manat, xx.xx.2023-cü il tarixdə 360 manat, xx.xx.2023-cü il tarixdə 492 manat və xx.xx.2023-cü il tarixdə isə 395 manat dəyərində tikinti materialları almış, həmin malların dəyərini qısa zamanda ödəyəcəyinə söz vermiş, lakin müştərilərdən aldığı pulları öz şəxsi maraqları üçün xərcləmiş, mağazaya olan borcunu ödəməmişdir. Dəymiş zərərin məbləği 500 manatdan az olduğundan onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi məsələsinə baxılması üçün qərar aidiyyəti üzrə Göyçay RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(046)-670/2023 saylı qərarı ilə İXM-nin 227-ci maddəsi təqsirli bilinib 25 gün müddətinə inzibati həbs təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran haldır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən halın olmamasını və eyni xətanı il ərzində təkrarən törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, ona 02 ay 15 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2023-ci il tarixdən saat 18:20-dən hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar