Məhkəmə qərarları › İş №3(046)-745/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-745/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-745/2024 13.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Göyçay rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 12 avqust 2024-cü il tarixdə saat 12 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan «VAZ 21074» minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili Göyçay rayon Potu kəndi ərazisi ilə hərəkətdə olarkən yol ayrıcını keçmə qaydalarını pozaraq hərəkətini davam etdirmiş və nəticədə baş yolla hərəkət edən «Daewoo Nexia» minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq «Daewoo Nexia» minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə maddi ziyan yetirmişdir. İnzibati xəta hadisəsinin olması 12 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Zərərçəkmiş şəxs izahatı ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, «VAZ 21074» minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili 12 avqust 2024-cü il tarixdə saat 12 radələrində Göyçay rayonu Potu kəndi ərazisi ilə hərəkətdə olarkən yol ayrıcını keçmə qaydasını pozub baş yolla hərəkətdə olan «Daewoo Nexia» minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Avtomobillərin toqquşması nəticəsində «Daewoo Nexia» minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə maddi ziyan yetirmişdir. «VAZ 21074» minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmiş, həmin avtomobilə dair ona baş etibarnamə verilmişdir. «Daewoo Nexia» minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə dəymiş ziyanın aradan qaldırılması barədə razılaşmışlar. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, «Daewoo Nexia» minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 12 avqust 2024-cü il tarixdə saat 12 radələrində baş vermiş hadisə ilə əlaqədar ona dəymiş ziyanla bağlı razılaşmışlar, ona dəymiş ziyanı sığorta şirkəti ödəyəcəkdir, ona görə də onun Şəxs qarşı tələbi yoxdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş DİN-nin DYP Web Portalından çıxarışın surətindən görünür ki, «VAZ-21074» minik markalı ** BE *** dövlət say nişanlı avtomobil X2 tərəfindən Şəxs etibar edilmiş, etibarnamə xx.xx.2024-cü ildə verilmiş, bitmə tarixi xx.xx.2025-ci ildir. İnzibati xəta haqqında protokola əlavə edilmiş "xxxx" MMC-nin direktoru Z.Məmmədov tərəfindən verilmiş 13 avqust 2024-cü il tarixli arayışından görünür ki, «Daewoo Nexia» minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin qəza zamanı qabaq sağ qanadın əzilməsinə görə 180 manat, qabaq kapotun əzilməsinə görə 250 manat, qabaq sağ faranın əzilməsinə görə 150 manat, qabaq buferin əzilməsinə görə 300 manat, uzaq vuran işıq (qallagen) üçün 30 manat, tənəkəçi üçün 300 manat, rəngsaz (materialla birgə) və palirovka üçün 400 manat, ümumilikdə 1610 manat məbləğində maddi ziyan dəymişdir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətadır. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə dəymiş zərərin aradan qaldırılması barədə razılaşmanın əldə edilməsini iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Qeyd olunanları nəzərə alıb, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar