Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-746/2024 14.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1995-ci il tarixdə Göyçay rayonu, Qarayazı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay rayonu, Qarayazı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran regional “Asan xidmət” mərkəzinin notariat ofisi və Göyçay rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3113 nömrəli, xx.xx.2024-cü il tarixli, 2561 nömrəli və xx.xx.2023-cü il tarixli, 8024 nömrəli icra qeydlərinə əsasən borclu Şəxs ümumilikdə 27418 manat 52 qəpik alınaraq tələbkarlar Zərərçəkmiş şəxs1 ASC-nə və Zərərçəkmiş şəxs2 ASC-nə verilməsi müəyyən edilmişdir. Borclu Şəxs icra qeydləri üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 14 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Lənkəran regional “Asan xidmət” mərkəzinin notariat ofisi və Göyçay rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3113 nömrəli, xx.xx.2024-cü il tarixli, 2561 nömrəli və xx.xx.2023-cü il tarixli, 8024 nömrəli icra qeydlərinə əsasən borclu Şəxs 27418 manat 52 qəpik alınaraq tələbkarlar Zərərçəkmiş şəxs1 ASCnə və Zərərçəkmiş şəxs2 ASC-nə verilməsi müəyyən edilmişdir. Hər üç icra qeydləri bir neçə icra sənədi üzrə icraatın ümumi icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq borclu Şəxs borcundan bu günədək heç bir ödəniş etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs1 ASC-i borcun ödənilməməsi ilə bağlı şikayətlər edir. Belə olan halda onlar arasında razılıq əldə edilməmiş, icra sənədinin icra olunması istiqamətində çətinliklər yaranmışdır. Buna görə də borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, əvvəl Azərbaycan Respublikası Daxili Qonşularında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsində işləmişdir. Atası xəstə olduğu üçün işlədiyi yerdən bir neçə dəfə icazə alaraq yaşadığı evə gəlmiş, lakin atasının vəziyyəti getdikcə ağırlaşdığı üçün işdən çıxmaq məcburiyyətində qalmışdır. Götürdüyü kreditin hamısı xəstəxana məsrəflərinə getmiş, bundan başqa adına olan avtomobil və evini də satmış, lakin bütün bunlara baxmayaraq atası vəfat etmişdir. Hal-hazırda heç yerdə işləmir. Buna görə də maddi vəziyyəti ağırdır. İşləyib borcundan ödənişlər edəcəkdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Lənkəran regional “Asan xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2024-cü il tarixli, 3113 nömrəli icra qeydinə əsasən borclu Şəxs 20125 manat 13 qəpik tutularaq Zərərçəkmiş şəxs1 ASC-nə verilməsi müəyyən edilmişdir. Göyçay rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli, 2561 nömrəli icra qeydinə əsasən borclu Şəxs və X3 11577 manat 85 qəpik tutularaq Zərərçəkmiş şəxs1 ASC-nə verilməsi müəyyən edilmişdir. Göyçay rayon notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8024 nömrəli icra qeydinə əsasən borclu Şəxs 1479 manat 46 qəpik tutularaq Zərərçəkmiş şəxs2 ASC-nə verilməsi müəyyən edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Göyçay rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli, 2561 nömrəli icra qeydi əsasında icraata başlanılmışdır. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Lənkəran regional “Asan xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2024-cü il tarixli, 3113 nömrəli icra qeydi əsasında icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən Göyçay rayonu, Qarayazı kəndində qeydiyyatda olan Şəxs xəbərdarlıq göndərilmişdir. xx.xx.2024-cü il tarixdə borclunun axtarışı haqqında qərardan görünür ki, Göyçay rayonu, Qarayazı kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Xəbərnamənin surətindən görünür ki, Göyçay rayonu, Qarayazı kəndində qeydiyyatda olan Şəxs bildiriş göndərilmiş, xx.xx.2024-cü il tarixdə şəxsən özü imza edərək götürmüşdür. xx.xx.2024-cü il tarixli bir neçə icra sənədi üzrə icraatın ümumi icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, borclu Şəxs barəsində icra sənədləri üzrə icraat ümumi icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən alınmış çıxarışdan görünür ki, borcluya məxsus hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Borclu Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, borclu Şəxs hal-hazırda işləmədiyini, maddi vəziyyəti ilə əlaqədar olaraq yaranmış borcunu ödəyə bilmədiyini, işlə təmin olduğu halda borcundan ödəniş edəcəyini bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. İş materiallarından görünür ki, Şəxs hazırkı iş üzrə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114,115,128-130-cü maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-746/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-746/2024
14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver