Məhkəmə qərarları › İş №3(046)-747/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-747/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-747/2024 15.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızı Şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Göyçay rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı X1 tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə 23 iyun 2024-cü il tarixli qərarından görünür ki, Göyçay rayonu, Potu kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verərək, qardaşı Şəxs onun bağ sahəsinin kilidini sındırmasını, avtomobilinin sürücü oturacağına çirkab su axıtmasını və təhqir etdiyini bildirmişdir. Həmin fakt üzrə Göyçay rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılaraq Zərərçəkmiş şəxs müraciəti əsasında 23 iyun 2024-cü il tarixdə toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən material üzrə barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Əməli törətmiş naməlum şəxs və ya şəxslərin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati icraat açılması və tədbir görülməsi məsələsinə baxılması məqsədi ilə qərarın surəti Göyçay rayon polis şöbəsinin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunvericilik özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələnməsinə görə cərimə növündə inzibati tənbehin məbləğini həmin inzibati xətanın törədilməsi nəticəsində vurulmuş ziyanın dəyərindən asılı olduğunu göstərir. Hazırki işdən isə Zərərçəkmiş şəxs dəymiş ziyanın dəyəri ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Başqa sözlə Zərərçəkmiş şəxs təhqiqat zamanı araşdırma aparılarkən o, izahatında ona 450 manat məbləğində ziyanın dəyməsini bildirsə də, ziyanın həqiqətən həmin məbləğdə olması ilə bağlı heç bir rəsmi sübut təqdim edilməmişdir. Belə olan halda isə məhkəməyə baxılması üçün təqdim edilmiş inzibati xəta haqqında protokol natamamlıq təşkil edir və işə baxarkən həmin natamamlığı tamamlamaq mümkün deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, mövcud natamamlıqları isə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material tamamlanması üçün Göyçay rayon Polis Şöbəsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar Göyçay rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar