Məhkəmə qərarları › İş №3(046)-747/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-747/2025

24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-747/2025 24.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, BDYP-nin İV Tağım Yol patrul xidməti inspektoru polis serjantı X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsi ilə BDYPnin İV Tağım Yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati xəta protokolu üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs idarə etdiyi VAZ 2103 markalı **-CR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, törətdiyi inzibati xətaya görə peşmandır. Məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş edir. İnzibati materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi VAZ 2103 markalı **-CR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. İnzibati materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə AKT-dan görünür ki, Şəxs məxsus VAZ 2103 markalı **-CR-*** dövlət nömrə nişanlı avtomobil Göyçay rayon Polis Şöbəsinin saxlancındadır. İnzibati materiala əlavə edilmiş foto şəkillərdən görünür ki, Şəxs idarə etdiyi VAZ 2103 markalı **-CR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. İş üzrə inzibati xəta törətmiş Şəxs izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi subuta yetir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsinə əsasən 42.9. Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə -inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət olmuş predmet, yapışdırıcılar müsadirə edilməklə, cərimə inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilinib, ona inzibati xətanın törədilməsində alət olmuş predmet, yapışdırıcılar müsadirə edilməklə, 800 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar