Məhkəmə qərarları › İş №3(046)-75/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-75/2021

30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-75/2021 30.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Ucar rayon YPX-nin inspektoru polis serjantı Nümayəndə iştirakı ilə, X1nun Göyçay RPŞ-nin YPX-nin polis baş leytenantı X3 tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş qərardan verilmiş şikayətə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində xx.xx.2021-ci il tarixdə İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın ləğv edilərək, inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəməyə izahat təqdim edərək göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə Ucar-Göyçay yolunun 2 km-də ona məxsus OPEL ASTRA MİNİK avtomobili ilə hərəkət edərkən saat 17:15 radələrində Ucar rayonu Yol Patrul xidmətinin inspektoru polis serjantı Nümayəndə tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. İnspektor protokolu onun iştirakı olmadan tərtib etmişdir. Protokol daha sonra ona poçt vasitəsi ilə göndərilmişdir. Hesab edir ki, İXM-nin 327.1-ci maddəsi ilə barəsində tərtib edilmiş qərar əsassızdır. Buna görə də qərarın ləğv edilməsin xahiş etmişdir. Ucar rayon YPX-nin inspektoru kiçik serjantı Nümayəndə izahat verərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Ucar-Göyçay yolunun 2-ci km-də X4 idarə etdiyi OPEL ASTRA markalı **-DL-*** nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən yolların hərəkət hissəsinin yol ver işarəsinin tələblərini pozduğundan barəsində İXM-nin 327.1-ci maddəsi ilə xx.xx.2021-ci il tarixdə inzibati protokol tərtib edilmişdir. Qeyd edilən pozuntu texniki vasitə ilə qeydə alınmışdır. Məhkəməyə təqdim edilmiş DVD məlumat daşıyıcısının görüntülərindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə OPEL ASTRA markalı **-DL-*** nömrə nişanlı avtomobili ilə Ucar- Göyçay yolunun 2-ci km-də hərəkətdə olarkən X6 Qanunun tələblərini pozduğuna görə saxlanılmış, yolların hərəkət hissəsinin yol ver işarəsinin tələblərini pozduğundan barəsində protokol tərtib edilmiş və İXM-nın 327.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Yol Patrul avtomaşınında quraşdırılmış texniki vasitəsi ilə qeydə alınmış görüntülərdən görünür ki, X4 barəsində inzibati qərar qəbul edilərkən İXM-nın tələblərinə əməl edilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə baxışı zamanı X2 Göyçay RPŞ-nin polis baş leytenantı X3 tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş qərarın ləğv edilməsi barədə heç bir sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə olan halda tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X2 Göyçay rayon polis baş leytenantı X3 tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, TP ******* saylı inzibati tənbeh vermə qərarı ilə razılaşmadığı barədə göstərdikləri xüsusatlar onun barəsində qəbul edilmiş qərarın ləğvi üçün əsas ola bilməz. Buna görə də X2 şikayəti əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilməsin. X2 Göyçay RPŞ-nin YPX-nin polis baş leytenantı X3 tərəfindən xx.xx.2021-ci il tarixdə İXMnin 327.1-ci maddəsi ilə 40 manat inzibati qaydada cərimə edilməsi barədə qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar