Məhkəmə qərarları › İş №3(046)-750/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-750/2023

28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-750/2023 28.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 03 sentyabr 2023-cü il tarixli, EQ 16671428 saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 03 sentyabr 2023-cü il tarixli, EQ 16671428 saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. xx.xx.2023-cü il tarixində asanpay.az saytındakı elektron kabinetinə EQ16671428 nömrəli protokolun tərtib edilməsi haqqında məlumat yerləşdirilmişdir. Həmin protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə (“Giriş qadağandır” yol nişanının tələblərinin pozulması) səksən manat cərimə olunmuş, inzibati xəta isə 3 balla qiymətləndirilmişdir. Tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinə əsasən asanpay.az saytındakı elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixində yuxarı səlahiyyətli orqana şikayət verilmişdir. xx.xx.2023-cü il tarixində şikayət verilməsinə baxmayaraq, bu günədək işə baxılmasının nəticəsi haqqında ona heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində (şikayət verdiyim tarixdən 21 gün sonra) elektron poçt ünvanına (mailto:nariman.mecidov@qmail.comElektron ünvan 1) elektron məktub göndərilmişdir. Həmin elektron məktuba qoşulmuş sənəddən aydın olur ki, Baş X7 İdarəsi tərəfindən onun müraciəti araşdırılması üçün aidiyyəti üzrə Şamaxı RPŞ-nə (surətini də ona) göndərilərək müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə vətəndaşa məlumat verilməsi xahiş edilmişdir. Buna baxmayaraq, şikayətə baxılıb-baxılmaması haqqında ona heç bir məlumat verilməmişdir. Şikayət verdiyi tarixdən bu günədək 80 (səksən) gündən çox vaxt keçmişdir. xx.xx.2023-cü il tarixdə mailto:noreplv@icenter.azElektron ünvan 2 elektron poçt ünvanından məktub göndərilərək qeyd edilmişdir ki, tərtib edilmiş EQ 16671428 nömrəli inzibati xəta haqqında protokol (və ya inzibati xəta haqqında iş üzrə qərar) üzrə xx.xx.2023-cü tarixindən etibarən dəbbə pulu hesablanmağa başlanılmışdır. Həmin tarixdən hər gün üçün ona 80 qəpik dəbbə pulu hesablanır. Hazırda 28 manat 80 qəpik dəbbə pulu hesablanmışdır. xx.xx.2023-cü il tarixdə mailto:noreply@icenter.azElektron ünvan 3 elektron poçt ünvanından daxil olmuş elektron məktubda qeyd edilmişdir ki, EQ 16671428 saylı inzibati inzibati xəta haqqında protokol üzrə barəsində tətbiq edilmiş cəriməni qanunvericiliklə müəyyən edilmiş 2 ay müddətində ödəmədiyinə görə İXM-in 150.11-ci maddəsinə əsasən inzibati xəta törədilərkən idarə olunan nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilmişdir. Sözügedən protokoldan şikayət verməyinə baxmayaraq, elektron sistem ona dəbbə pulu hesablamaqla yanaşı, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsində (barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir) təsbit olunmuş ödənişdən azadolmadan istifadə etmək imkanından məhrum etmişdir. Hadisə ilə bağlı qeyd etmək istəyir ki, o yolayrıcından sola dönmək üçün yolayrıcına daxil olaraq qarşıdan gələn nəqliyyat vasitələrinə yol verdikdən sonra sola dönmüşdür. Döndükdən sonra, qarşıda 3.1 “Giriş qadağandır” yol nişanın olduğunu görmüşdir. Lakin həmin vaxt hərəkəti davam etdirməmək üçün manevr etsəydi (nəqliyyat vasitəsini dayandırmaq və ya geriyə dönmək və sair) digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə təhlükə yaratmış olacaqdı və bu da yolayrıcında nəqliyyat vasitələrinin hərəkətinin ahənginin pozulması ilə nəticələnəcəkdir. Onu da bildirmək istəyir ki, sözügedən yolayrıcında 3.18.2 “Sola dönmək qadağandır” yol nişanın olub-olmadığını ondan sağda iriqabaritli yük maşını və digər nəqliyyat vasitələrinin çoxluğu səbəbindən müəyyən etmək mümkün olmamışdır. Qeyd olunmasını zəruri hesab edir ki, elektron kabinetinə yerləşdirilən fotolardan yolayrıcını və həmin yolayrıcından əvvəl hansı yol nişanının quraşdırılıb-quraşdırılmamasını görmək mümkün deyildir. Bunu müəyyən etmək üçün elektron kabinetdə video məlumat da yerləşdirilməmişdir. Yerləşdirilmiş fotolardan da elə görünür ki, nəqliyyat vasitəsi yolayrıcını düzünə keçərək 3.1 “Giriş qadağandır” yol nişanın təsir dairəsində olan yola daxil olmuşdur. Halbuki, yuxarıda hadisənin təfsilatı ilə təsvirindən göründüyü kimi olmamışdır. Şikayətə baxılması üçün dəfələrlə tərəfindən müraciətlər edilməsinə baxmayaraq, şikayətinə baxılmasının nəticəsi haqqında bu günədək ona heç bir məlumat verilməmişdir. Şikayətinə vaxtında baxılmaması nəticəsində ona dəbbə pulu hesablanmış və nəqliyyat vasitəsinin saxlanılması haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 03 sentyabr 2023-cü il tarixli, EQ 16671428 saylı inzibati xəta haqqında iş üzrə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayətçi X4 müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, E-Məhkəmə İnformasiya sistemi vasitəsi ilə ərizə verərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, X4 03 sentyabr 2023-cü il tarixində saat 19:24 radələrində idarə etdiyi Mercedes Benz C220 minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı şəhəri M.Ə.Rəsulzadə küçəsində Giriş qadağandır 3.1 yol nişanının təsir dairəsinə daxil olaraq yol hərəkəti qaydasını pozmuşdur. Yol hərəkətinin təşkili ilə bağlı yol hərəkəti qayda pozuntularını aşkar edilməsi məqsədilə həmin yerdə quraşdırılmış xüsusi texniki vasitə ilə qayda pozuntusu qeydə alınaraq foto çəkliş BDYPİnin X3 inteqrasiya edilmişdir. Hadisə ilə bağlı qeyd etmişdir ki, o yolayrıcından sola dönmək üçün yolayrıcına daxil olaraq qarşıdan gələn nəqliyyat vasitələrinə yol verdikdən sonra sola dönmüş, döndükdən sonra qarşıda 3.1 Giriş qadağandır yol nişanın olduğunu görmüşdür. Lakin həmin vaxt hərəkəti davam etdirməmək üçün manevr etsəydi (nəqliyyat vasitəsini dayandırmaq və ya geriyə dönmək və sair) digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə təhlükə yaratmış olacaqdır və bu da yolayrıcında nəqliyyat vasitələrinin hərəkətinin ahənginin pozulması ilə nəticələnəcəkdir. Bununla da Nəriman Məcidov yol hərəkəti qaydasını pozmasına baxmayaraq hesab etmişdir ki, manevr etməsi təhlükə törətdiyindən hərəkətini davam etdirmiş, bununla da “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1-ci və 2-ci bəndlərini pozmuşdur. Qanunverici yol hərəkəti iştirakçısının üzərinə yol hərəkəti qaydalarına riayət etmək vəzifəsini kimi qoymuş, lakin buna baxmayaraq X4 qəsdən yol hərəkəti qaydasını pozaraq inzibati xəta törətmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. X2 şikayətində göstərdikləri işin faktiki halları ilə uyğun gəlmir və onun tərəfindən yol hərəkəti qaydasını pozmasını təkzib edən hallar mövcud olmadığından şikayəti tam əsassızdır. Buna görə də şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş X8 İdarəsinin EQ 16671428 saylı, xx.xx.2023cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X4 xx.xx.2023-ci il tarixdə saat 19:24 radələrində idarə etdiyi "Mercedes Benz E 220” minik” markalı **-BU-*** nömrə nişanlı avtomobillə Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozduğundan İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli elektron məktubdan görünür ki, X4 mailto:info@dyp.gov.azElektron ünvan 4 elektron poçt ünvanına EQ 16671428 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət etmişdir. xx.xx.2023-cü il tarixli, 3-13-16/2-M-1207xx/xx/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən X2 ünvanlandığı müraciəti araşdırılaraq müvafiq tədbir görülməsi üçün Şamaxı rayon Polis Şöbəsinə göndərilmişdir. DİN-nin DYP Web Portal çıxarışında olan foto şəkildən görünür ki, "Mercedes Benz E 220” minik” markalı **-BU-*** nömrə nişanlı avtomobil 3.1 “Giriş qadağandır” yol nişanı quraşdırılmış yola daxil olmuşdur. Məhkəmə şikayəti və işə əlavə edilmiş materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X4 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin riayət etməyərək İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş EQ 16671428 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda X2 xx.xx.2023-cü İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Sübut kimi qayda pozuntusunun foto şəkilləri X2 asanpay.az saytındakı elektron kabinetinə yerləşdirilmişdir. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən şikayətdə qeyd olunan xüsusatların dəqiqləşdirilməsi mümkün olmamışdır. Bu səbəbdən 11 dekabr 2023-cü il tarixdə məhkəmə tərəfindən Şamaxı RPŞ-nə sorğu verilərək inzibati xəta pozuntusunun baş verdiyi yerin video müşahidə kameraları vasitəsilə ilə qeydə alınan görüntülərinin məhkəməyə təqdim olunması və X2 müraciətinə baxılmasının nəticəsi barədə məhkəmənin növbəti iclasına kimi məlumat verilməsi xahiş olunmuşdur. Lakin Şamaxı rayon Polis Şöbəsi tərəfindən sorğuya cavab verilməmişdir. Bundan əlavə Şamaxı rayon Polis Şöbəsinin və Baş X8 İdarəsinin əməkdaşları ilə işçi qaydasında da əlaqə saxlanılaraq prosessual müddətlərin pozulmasının qarşısını almaq məqsədi ilə xətanın törədildiyi yerin mobil telefon vasitəsilə foto və video çəkilişinin aparılması və məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Qeyd olunanlara baxmayaraq inzibati xətanın törədildiyi yerin foto və video görüntüləri məhkəməyə təqdim olunmamış və bununla da həmin yolayrıcında digər xəbərdaredici yol nişanlarının quraşdırılıb-quraşdırlmamasını, bununla da inzibati tənbeh vermə haqqında qərarın və şikayətçinin dəlillərinin əsaslı olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, səlahiyyətli orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, EQ 16671428 saylı, xx.xx.2023-cü il tarixli qərarda inzibati xətanının törədilməsini təsdiq edən sübut göstərilmədiyindən şikayət əsaslıdır. Məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş EQ 16671428 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin , səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli ,tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta haqqında bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, buna görə də şikayət qismən təmin edilməli, DİN-in Baş X7 İdarəsinin “inzibati tənbeh vermə haqqında” EQ 16671428 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün DİN-in Baş X7 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə edilməsinə dair DİN-in Baş X7 İdarəsinin “inzibati tənbeh vermə haqqında” EQ 16671428 saylı, xx.xx.2023cü il tarixli qərarı ləğv edilsin. X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN-in DİN Baş X7 İdarəsinə göndərilsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar