Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-756/2023 18.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta protokolu üzrə materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 29 noyabr 2023-cü il tarixdə tərtib edilmiş İXP ******* saylı inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə tərtib edilmiş 16 iyul 2023-cü il tarixli, EQ 15739313 nömrəli inzibati xəta haqqında elektron qərar əsasında 50 manat inzibati qaydada cərimə edilmiş, qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət keçməsinə baxmayaraq, Şəxs cəriməni ödəməmişdir.Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Tərtib edilmiş inzibati xəta protokolundan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 529.3.-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu və 529.3-cü maddəsini rəhbər tutaraq, QƏ R A R A A L D İ M : Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib, ona 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırması tənbeh növü təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov İş № 3(046)-756/2023 İnzibatı xəta haqqında iş üzrə məhkəmə iclasının protokolu Göyçay Rayon Məhkəməsi 18 dekabr 2023-cü il Göyçay şəhəri Göyçay Rayon Məhkəməsi hakimi Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta protokolu üzrə materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 16:25-də başlanır. Sədrlik edən məhkəmə iclasını açır və Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati materiala baxılacağını elan edir. Sədrlik edən bildirir ki, məhkəmə iclası məhkəmə zalında olan kameralar vasitəsi ilə video-yazı aparılmaqla keçirilir. Sədrlik edənin göstərişi ilə məhkəmə iclas katibi məhkəməyə dəvət olunmuş şəxslərdən kimin iclasa gəlib-gəlməməsi barədə məlumat verir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Sədrlik edən məhkəmə bildirişinin inzibati xəta törətmiş şəxsə və protokol tərtib etmiş şəxsə çatdırılmasının nəticələrini yoxlayır. Sədrlik edən yerində qısa müşavirə edib qərara alır: İnzibati xəta törətmiş şəxsin və protokol tərtib etmiş şəxsin iştirakları olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilsin. Bundan sonra sədrlik edən inzibati xəta haqqında iş materialını araşdırır. Sədrlik edən qərar çıxarılması üçün müşavirə otağına gedir. Sədrlik edən müşavirə otağından qayıdır və qərarı oxuyub elan edir. Sədrlik edən qərardan şikayət verilməsi qaydasını izah edir. Məhkəmə iclası saat 16:27-də bağlı elan edilir. Protokol 18 dekabr 2023-cü il tarixdə tərtib edilmişdir. Sədrlik edən: Məhkəmə iclas katibi:
Məhkəmə qərarları › İş №3(046)-756/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-756/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver