Məhkəmə qərarları › İş №3(046)-756/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-756/2025

17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-756/2025 17.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, Göyçay şəhəri Nizami küçəsi 22, 3-də yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanı etiraf edərək göstərmişdir ki, xx.xx.2025-ci ildə Göyçay şəhəri Nizami küçəsində narkotik vasitəsindən istifadə etmiş, həmin vaxt polis əməkdaşları onu saxlayarq polis şöbəsinə aparmışlar. Polis şöbəsində olarkən narkotik vasitə istifadə etdiyini etiraf etmiş, daha sonra müayinədən keçmiş, müayinə zamanı narkotik vasitəsindən istifadə etdiyi müəyyən edilmişdir. Törətdiyi əməldən peşmandır. İnzibati materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli 4400 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs narkotik vasitənin təsiri altında olmuşdur. İnzibati materiala əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1645 №-li rəyindən görünür ki, Şəxs psixotrop maddə olan metamfetamin və tramadol epizodik istifadə edir. Narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə, məhkəmə baxış zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, eləcə də törətdiyi əməli etiraf etməklə peşman olmasını, himayəsində iki azyaşlı uşağın olmasının məsuliyyətini yüngülləşdirən hallar kimi, həmçinin məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsinin sanksiyası həddində inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Eləcə də Şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib, ona 300 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Qərarın icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar