Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-76/2025 14.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1953-cü il tarixdə Göyçay rayonu Qarabaqqal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, pensiyaçı, Göyçay rayonu Qarabaqqal kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338-1.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338-1.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdı “ Tiktok” sosial şəbəkəsində “Şimalregion” adlı səhifədə Zərərçəkmiş şəxs və X2 təhqir etmişdir. MN №1978749 və MN №1978750 nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, protokollarda Şəxs İXM-in 388-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilmişdir. İXM-in 100.1.5-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilməlidir. Halbuki, İXM-in 388-1.1-ci maddəsinə əsasən İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: 388-1.1.1. informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə - 388-1.1.2. internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi İXM-in 388-1.1-ci maddəsi İXM-in 388-1.1.1. və 388-1.1.2-ci maddələri olmaqla iki hissəyə bölünür. Şəxsin barəsində tərtib edilmiş protokoldan isə Şəxs həmin maddələrin hansı ilə təqsirləndirildiyini aydınlaşdırmaq mümkün deyildir. Belə ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 388-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilsə də, həmin maddə iki bənddən ibarətdir. Protokol tərtib edilərkən, protokolu tərtib etmiş orqan Şəxs bu bəndlərdən hansının tələblərini pozduğunu dəqiq göstərməmişdir. Bundan başqa təqdim edilmiş materiallda Şəxs “Şimalregion” səhifəsinin domen sahibi və ya istifadəçisi olduğu öz təsdiqi tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Müdafiəçi Vəkil iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 01 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 388-1.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərarverdi: Şəxs barəsində Göyçay RPŞ-də Azərbaycan Respublikası İXM-nin 388-1.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-cİ il tarixli MN №1978749 və MN №1978750 nömrəli inzibati xəta haqqında protokollar üzrə icraata xitam verilsin. 01 saata görə hesablanmış 06 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-76/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-76/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver