Məhkəmə qərarları › İş №3(046)-762/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-762/2024

24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-762/2024 24.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X3, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ23039385 saylı qərarın ləğv edilməsi və başlanılmış icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ23039385 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi və başlanılmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü-cü il tarixdə, saat 15 radələrində idarə etdiyi «Chevrolet Lacette» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə X7 1B-də hərəkətdə olarkən onun yolda müəyyən edilmiş surət həddini 21-40 km/saat aşdığı müəyyən edilmiş, onun barəsində EQ23039385 nömrəli elektron protokol tərtib olunmuş və o 2 bal və 50 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, onun barəsində tərtib edilmiş EQ23039385 nömrəli elektron protokol qeyri-qanunidir və onun əsasında başlanılmış icraata xitam verilməlidir. Belə ki, yol patrul xidmətinə təhkim edilmiş nəqliyyat vasitəsi patrul xidməti əməkdaşı tərəfindən bilərəkdən magistral yolda deyil, yolun kənarında, yol hərəkəti iştirakçıları üçün görülməyən yerdə saxlanılmış, i-patrul sistemindən qanunun tələblərinə riayət etmədən istifadə etmiş, bununla da həm öz vəzifə təlimatını, həm də "Yol hərəkəti haqqında” qanunun tələblərini kobud şəkildə pozaraq onun barəsində elektron protokol tərtib edilməsinə səbəb olmuşdur. Yol patrul xidmətinin avtomobili yol patrul xidmətinin əməkdaşı tərəfindən, magistral yoldan kənarda, yol ayrıcında ağacların arxasında gizlədilmiş, yol hərəkəti iştirakçıları üçün görülməz olmuşdur. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati xətaya dair işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, X1 Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli EQ23039385 saylı qərardan çıxarışdan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş 1 ədəd DVD diskdə olan videogörüntülərindən görünür ki,yolun kənarında dayanmış YPX-i avtomobili qarşıdan gələn nəqliyyat vasitəsinin ardınca avtomobilini hərəkət etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə görə yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin Vİİ bəndinə görə yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin və «Yol hərəkəti haqqında» Qanunun tələbinə görə yolda müəyyən edilmiş hərəkət surətini 21-40 km/saat həddində aşma inzibati xətadır və nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalı,həmin nişanlar yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr,yaşayış məntəqələrində isə 50- 200 metr qabaqda quraşdırılır. Lakin hazırki iş üzrə qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən şikayət vermiş şəxs X1 idarə etdiyi «Chevrolet Lacette» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolda müəyyən edilmiş hərəkət surətini aşmasını qeydə alan xüsusi texniki vasitənin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin Vİİ bəndinin tələblərinə uyğun olaraq quraşdırılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki,iş üzrə zəruri olan əlavə məlumatların əldə edilməsi ilə əlaqədar müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər nazirliyi Baş X8 İdarəsinə,Gəncə şəhər Baş Polis İdarəsinin X8 şöbəsinə 28 avqust 2024-cü il tarixli,06 sentyabr 2024-cü il tarixli,12 sentyabr 2024-cü il tarixli məktublarla inzibati xətanın qeydə alındığı yer Gəncə şəhəri Dədə Qorqud 1b-dən qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 «İnformasiya stendi» servis nişanının və ya həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 «Maksimum surətin məhdudlaşdırılması» nişanın quraşdırılıbquraşdırılmaması, quraşdırıldığı halda servis nişanının və ya 3.24 nişanının mobil xüsusi texniki vasitədən (radardan) qabaqda hansı məsafədə quraşdırılması, bu nişanların yaşayış məntəqəsində və ya yaşayış məntəqəsindən kənarda quraşdırılması barədə məlumatın verilməsi tələb edilməsinə baxmayaraq bu barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Sübutların məhkəməyə təqdim edilməməsi isə şikayət vermiş şəxsin İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli olması barədə xeyrinə şərh edilən əsaslı şübhələr yaratmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəlləinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hesab edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı, onun təqsirliliyini təsdiq edən sübutlar olmadığından qanuni sayıla bilməz. Odur ki, qeyd olunanlara və tədqiq edilmiş sübutlara əsasən hesab edirəm ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, X1 ona istinad olunan inzibati xətanın törədilməsində təqsirliliyini təsdiq edən sübutlar olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ23039385 saylı qərarı ləğv edilsin. X4 barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar