Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-764/2025 23.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon polis şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Şəxs iştirakı ilə, xx xxxxx 1996-cı il tarixdə Göyçay rayonu, Potu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Göyçay rayonu, Potu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 oktyabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Göyçay Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 17 oktyabr 2025-ci il tarixdə, saat 17:50-də etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay şəhəri, Heydər Əliyev prospektində hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmış, əl əyləcindən istifadə edərək nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthində çoxsaylı təkər izləri qoyaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Göyçay rayon polis şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru polis baş serjantı X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:50 radələrində Göyçay şəhəri, Heydər Əliyev prospektində təhlükəsizlik şəhər kamerasından alınmış görüntü əsasında raport daxil olmuş, raport əsasında göstəriş verilərək Şəxs idarə etdiyi avtomobil rayon polis şöbəsinin duracağına yerləşdirilmişdir. Daha sonra Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə dostunun toy məclisi olmuş, toy karvanında olarkən qarşısında olan avtomobili ötmək istəyərkən asfalt yaş vəziyyətdə olduğu üçün idarə etməni itirmiş və nəticədə avtomobil fırlanmışdır. Həmin vaxt o, əl əyləcindən istifadə etməmişdir. Göyçay şəhəri, Heydər Əliyev prospektində olan təhlükəsizlik şəhər kamerasında əldə olunan görüntü əsasında cərimə edilmişdir. Göyçay rayon polis şöbəsinin DYPB-nin rəisi ona avtoxuliqanlıq hərəkətləri etdiyini bildirmiş, lakin o, avtoxuliqanlıq hərəkətləri etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22 oktyabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 oktyabr 2025-ci il tarixdə, saat 17:50-də etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay şəhəri, Heydər Əliyev prospektində hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmış, əl əyləcindən istifadə edərək nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthində çoxsaylı təkər izləri qoyaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. DVD diskdə olan videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toy karvanında olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarının tələblərini dəfələrlə pozulmuş, əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdan gələn “Ford” markalı avtomobilə qəza şəraiti yaratmış və Göyçay şəhəri, Heydər Əliyev prospektində əks istiqamətli hərəkət zolağına çıxaraq avtomobilin əl əyləcindən istifadə edərək nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthində çoxsaylı təkər izləri qoyaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 17 oktyabr 2025-ci il tarixdə, saat 17:50də etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay şəhəri, Heydər Əliyev prospektində hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmış, əl əyləcindən istifadə edərək nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthində çoxsaylı təkər izləri qoyaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta törətməkdə təqsirli olması tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında qarşısında olan avtomobili ötmək istəyərkən asfalt yaş vəziyyətdə olduğu üçün idarə etməni itirdiyi üçün avtomobilin fırlandığını, əl əyləcindən istifadə etməyərək avtoxuliqanlıq hərəkətlərini etmədiyini bildirsədə, onun izahatındakı həmin xüsusatlarla məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təkzib edilmişdir. Belə olan halda məhkəmə Şəxs özünü təqsirli bilməməsi ilə əlaqədar irəli sürdüyü dəlilləri özünü müdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Onun törətdiyi əməl düzgün olaraq tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinməli onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda məhkəmə Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00-dan polis şöbəsində tutularaq saxlanıldığını nəzərə alaraq hesab edir ki, inzibati tənbeh İnzibati Xətalar Məcəlləsinin 31.4- 1-ci maddəsinin tələblərinə uyğun olaraq tətbiq edilməli, yəni tətbiq edilən inzibati tənbehin həddi bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 511.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-764/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-764/2025
23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver