Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-77/2025 14.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 388-1.1-ci maddəsi ilə Göyçay Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollar üzrə materiallara baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 388-1.1-ci maddəsi ilə inzibati xəta protokolları tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta protokollar üzrə işə eyni vaxtda baxıldığından həmin inzibati işlər bir icraatda birləşdiriliməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 109, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs barəsində Göyçay Rayon Polis X1 Məcəlləsinin 388-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar üzrə materiallar icraata qəbul edilsin. Həmin materiallar bir icraatda birləşdirilisin. İşin baxılması xx.xx.2025-ci il tarixə, saat 15:00-a Göyçay Rayon Məhkəməsinin binasında təyin edilsin. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları məhkəmə baxışında iştirak etmələri üçün çağırılsın. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-77/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-77/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver