Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-775/2024 21.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Göyçay şəhəri, X4 küçəsi, ev 42-də qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(046)-1831/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 6550 manat məbləğində borc və 85 manat 50 qəpik dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 21 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 protokolu müdafiə edərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(046)-1831/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 6550 manat məbləğində borc və 85 manat 50 qəpik dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Borclu Şəxs borclu olduğu puldan bu günədək 2600 manat ödəniş etmiş, 4035 manat 50 qəpik borcu qalmışdır. Şəxs borcundan davamlı olaraq hər ay 200 manat məbləğində ödənişlər etmiş, sonuncu dəfə 2024-cü ilin iyun ayında 200 manat ödəniş etmək istəmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bununla razılaşmayaraq borc məbləğinin ödənilməsini tam şəkildə tələb etmişdir. Borcun ödənilməsi ilə bağlı Şəxs Göyçay rayon icra və probasiya şöbəsinə çağırılmış, borcunu tamamilə ödənilməsi bildirilmiş, Şəxs maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməyəcəyini, borc məbləğini hər ay hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Tərəflər arasında razılıq əldə olunmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hal-hazırda Şəxs borclu olduğu puldan 150 manat ödəmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, icra sənədinin icrasından yayınmır, sadəcə borcunu tam şəkildə ödəməyə imkanı çatmır. Həmin borcu mərhum atasının xəstəliyi ilə əlaqədar uzaq qohumu olan tələbkar Zərərçəkmiş şəxs hissə-hissə almışdır. Borcundan bacardığı qədər ödəniş etsə də, tam ödəməyə maddi imkanı yoxdur. Hal-hazırda borclu olduğu puldan 150 manat ödəniş edir. Qalan məbləğin hər ay 250 manat ödənilməsi ilə bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə razılığa gəlmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən Şəxs 6550 manat məbləğində borc və 85 manat 50 qəpik dövlət rüsumu tutularaq ona ödənilməsi qət edilmişdir. Borclu Şəxs borclu olduğu puldan bugünədək 2600 manat hissə-hissə ödəniş etmiş, 4035 manat 50 qəpik borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə icra məmuruna və aidiyyəti qurumlara müraciətlər etmiş, icra məmuru X5 Zeynalovanın borcun ödənilməsi ilə bağlı icra şöbəsinə çağırıldığını, izahatı alınarkən borc məbləğini tam şəkildə ödəyə bilməməsini bildirmişdir. Hal-hazırda 4035 manat borcun hər ay 250 manat olmaq ödənilməsi ilə bağlı Şəxs ilə razılığa gəlmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(046)-1831/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 6550 manat məbləğində borc və 85 manat 50 qəpik dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 07 fevral 2023-cü il il il tarixli qərarın surətindən görünür ki, Göyçay Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(046)-1831/2022 saylı vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə icra məmuru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilmişdir. Borclu Şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsində xx.xx.2024-cü il tarixdə izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən Zərərçəkmiş şəxs olan 6550 manat puldan hər ay 200 manat olmaqla 2600 manat pul ödədiyini, qalan borcu tam şəkildə ödəməyə maddi imkanının olmadığın, hər ay 150-200 manat ödəniş etməklə hissə-hissə ödəyəcəyin bildirmişdir. Ödəniş qəbzindən görünür ki, Şəxs borclu olduğu puldan 150 manat Zərərçəkmiş şəxs ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən alınmış çıxarışdan görünür ki, borcluya məxsus hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə proses iştirakçılarının izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Əksinə icra sənədi ilə bağlı borclu olduğu puldan hissə-hissə 2600 manat ödəniş etmiş, qalan borcu hər ay davamlı olaraq zərər çəkmiş şəxsə ödəmişdir. Şəxsin hazırda tələb olunan məbləği bütöv şəkildə ödəmək imkanının olmadığını bildirməsinə və bu halın real olmasına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun məhkəmə aktını icra etməməsinin üzrsüz hal kimi qiymətləndirilməsi qanuni olmamışdır. Bundan başqa məhkəmə iclasında icra sənədinin icrası ilə bağlı tərəflər arasında razılıq əldə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, borclu Şəxs icra sənədi üzrə 2600 manat ödəniş etdiyini, hər ay davamlı olaraq borclu olduğu pulu zərər çəkmiş şəxsə ödəməsi, hazırda isə borclu Şəxs borclu olduğu puldan 150 manat ödəməsi icra məmurunun məhkəməyə təqdim etdiyi ödəniş qəbzində öz təsdiqini tapmış və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Göyçay Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(046)- 1831/2022 saylı icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 21 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-775/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-775/2024
21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver