Məhkəmə qərarları › İş №3(046)-777/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-777/2022

05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-777/2022 05.12.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Göyçay rayonu Yeniarx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Yeniarx kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsininin böyük icra məmuru X3 tərəfindən xx.xx.2022-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, Göyçay Rayon Məhkəməsinin 2(046)-110/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə Göyçay rayonunun Yeniarx kəndində öz adına olan təsərrüfatda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsini və onun üzərindəki 24 kv.m yaşayış sahəsi olan bir otaqlı fərdi yaşayış evini həyətdəki bütün kommunal və yardımçı sahələri ilə birlikdə X1 faktiki sahibliyinə verilməsi və bütün daşınmaz əmlakı onun adına öz vəsati hesabına sənədləşdirməyi öhdəliyinə qoyulmuş, üzərinə düşən öhdəliyi vaxtında icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən Göyçay rayonunun Yeniarx kəndində öz adına olan təsərrüfatda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsini və onun üzərindəki 24 kv.m yaşayış sahəsi olan bir otaqlı fərdi yaşayış evini həyətdəki bütün kommunal və yardımçı sahələri ilə birlikdə X1 faktiki sahibliyinə verilməsi və bütün daşınmaz əmlakı onun adına öz vəsati hesabına sənədləşdirməyi öhdəsinə qoyulmuşdur. Üzərinə düşən öhdəliklə bağlı DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq həmin torpaq sahəsinin 10 kv-luq yüksək gərginlik hava elektrik xəttinin mühafizə zolağına düşməsi bildirilmişdir. Buna görə də daşınmaz əmlakı X1 adına sənədləşdirə bilməmişdir. O, DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş imtina ilə bağlı vəkillə müqavilə bağlayıb məhkəməyə müraciət edəcəkdir. Buna görə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Şəxs DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq Göyçay rayonu Yeniarx kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin üzərindən 10 kv-luq yüksək gərginlik hava elektrik xətti keçməsi və həmin torpaq sahəsinin 10 kv-luq yüksək gərginlik hava elektrik xəttinin mühafizə zolağına düşməsi müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətin yaranması nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Təqdim edilmiş materiallar araşdırarkən müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-110/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə Göyçay rayonunun Yeniarx kəndində öz adına olan təsərrüfatda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsini və onun üzərindəki 24 kv.m yaşayış sahəsi olan bir otaqlı fərdi yaşayış evini həyətdəki bütün kommunal və yardımçı sahələri ilə birlikdə X1 faktiki sahibliyinə verilməsi və bütün daşınmaz əmlakı onun adına öz vəsati hesabına sənədləşdirməyi öhdəliyinə qoyulmuş, üzərinə düşən öhdəliyi vaxtında icra etməmişdir. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs tələbin könüllü icrası barədə bildiriş təqdim edilməsinə, məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət barədə xəbərdar edilməsinə baxmayaraq, borclu icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də, xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İşə məhkəmədə baxıldığı vaxt barəsində iş üzrə inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs icra vərəqəsini icra edə bilməməsinə səbəb kimi DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq həmin torpaq sahəsinin 10 kv-luq yüksək gərginlik hava elektrik xəttinin mühafizə zolağına düşməsi bildirilmişdir. Buna görə də daşınmaz əmlakı X1 adına sənədləşdirə bilmədiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R V E R D İ: Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar