Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-78/2021 15.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Şəhadət kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Göyçay rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki,xx.xx.2021-ci il tarixdə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində saat 00:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla vuraraq xəsarət yetirmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində saat 00:00 radələrində həmkəndilisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zaman Əzizi yumruqla vurmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində izahat vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində saat 00:00 radələrində həmkəndlisi Şəxs ilə aralarında yaranmış mübahisə zamanı Elşən onu yumruqla vurmuşdur. Elşəndən şikayətçidir, onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verən hesab edir ki, Şəxs xx.xx.2021-ci il tarixdə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində saat 00:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla vuraraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-78/2021
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-78/2021
15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver