Məhkəmə qərarları › İş №3(046)-780/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-780/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-780/2023 06.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1975-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 01 dekabr 2023-cü il tarixdə saat 01 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ və etibarnamə olmadan sərxoş halda idarə etdiyi «Mercedes Benz» minik markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri, Natəvan küçəsində hərəkətdə olarkən idarə etməni itirmiş və yolun sağ kənarında dayanmış «Hyundai İX-35» minik markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə, daha sonra onun yanında dayanmış «Opel Astra» minik markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək sonda idarə etdiyi avtomobili həmin ərazidə yerləşən tikiliyə vurmuşdur. Nəticədə «Hyundai İX-35» minik markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs3, «Opel Astra» minik markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 və tikilinin sahibi Zərərçəkmiş şəxs2 maddi ziyan dəymişdir. Bununla bağlı Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən edilərək sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Göyçay rayon Polis Şöbəsinin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı X2 protokola uyğun izahat verərək qeyd olunanları təsdiq etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanda yaşayır. Avtoyuma məntəqəsində işləyir. xx.xx.2023-cü il tarixdə «Mercedes Benz» minik markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Ramil Heydərov avtomobili təmizlənməsi üçün ona təhvil verərək özü getmişdir. Avtomobilin təmizlik işi qurtardıqdan sonra sahibinə zəng edərək avtomobili götürə bilib-bilməyəcəyini ondan soruşmuş, sonuncu isə səhər gəlib aparacağını deyərək avtomobilin avtoyumada qalmasını istəmişdir. Bunda sonra o, işdən evinə sözügedən avtomobil ilə getmiş və axşam saatlarında spirtli içki qəbul edəkən avtomobili idarə etmək qərarına gəlmişdir. Göyçay şəhəri, Natəvan küçəsində hərəkətdə olarkən idarə etməni itirmiş və yolun sağ kənarında dayanmış «Hyundai İX- 35» minik markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə, daha sonra onun yanında dayanmış «Opel Astra» minik markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək sonda avtomobili həmin ərazidə yerləşən tikili obyektə vurmuşdur. Nəticədə «Hyundai İX-35» minik markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs3, «Opel Astra» minik markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 və obyektin sahibi Zərərçəkmiş şəxs2 maddi ziyan dəymişdir. Onun avtomobili idarə etmək üçün etibarnaməsi və sürücülük vəsiqəsi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahat verərək bildirdi ki, etibarnamə ilə idarə etdiyi «Opel Astra» markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili Göyçay şəhəri, Natəvan küçəsində yolun sağ kənarında saxlamışdır. 01 dekabr 2023-cü ildə saat 01 radələrində «Mercedes Benz» minik markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Göyçay şəhəri, Natəvan küçəsində hərəkətdə olarkən idarə etməni itirərək onun avtomobilinin yanında dayanmış «Hyundai İX-35» minik markalı **- FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə daha sonra onun avtomobilinə vuraraq yolun kənarında yerləşən tikiliyə dəymişdir. Hal-hazırda Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahat verərək bildirdi ki, Göyçay şəhəri, Natəvan küçəsində yerləşən tikili ona məxsusdur. 01 dekabr 2023-cü ildə saat 01 radələrində «Mercedes Benz» minik markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Göyçay şəhəri, Natəvan küçəsində hərəkətdə olarkən idarə etməni itirərək yolun kənarında dayanmış «Hyundai İX-35» minik markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə, daha sonra onun yanında dayanmış «Opel Astra» minik markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş və sonda idarə etdiyi avtomobili ona məxsus obyektə vurmuşdur. Hal-hazırda Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 izahat verərək bildirdi ki, idarə etdiyi «Hyundai İX-35» minik markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili Göyçay şəhəri, Natəvan küçəsində yolun sağ kənarında saxlamışdır. 01 dekabr 2023-cü ildə saat 01 radələrində «Mercedes Benz» minik markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Göyçay şəhəri, Natəvan küçəsində hərəkətdə olarkən idarə etməni itirərək ona məxsus avtomobili, daha sonra yanında dayanmış «Opel Astra» minik markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yolun kənarında yerləşən obyektə dəymişdir. Hal-hazırda Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli 1044 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, Şəxs alkoqol sərxoşluğu orta dərəcəli vəziyyətində olmuşdur. Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, «Mercedes Benz» minik markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri, Natəvan küçəsində yolnəqliyyat hadisəsi törətmişdir. "xxxx" MMC-i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, «Opel Astra» minik markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 690 manat məbləğində maddi ziyan dəymişdir. "xxxx" MMC-i tərəfindən verilmiş arayışdan görünür ki, «Hyundai İX-35» minik markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4450 manat məbləğində maddi ziyan dəymişdir. Mağazaya dəyən ziyanın hesablanmasına dair "xxxx" MMC-in direktoru S. İsgəndərov tərəfindən verilmiş smetadan görünür ki, Göyçay şəhəri, Natəvan küçəsində yerləşən tikili obyektə 2859 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol- nəqliyyat hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), ağırlaşdırıcı halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar