Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-791/2025 17.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göyçay rayon prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən X5 İstismarı idarəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə Göyçay rayonu, Natəvan küçəsində debutor borclu abonentlərlə iş aparılan zaman **********000 abonent kodlu Solmaz Ağarəhimova adına abonent bazasında qeydiyyatda olan evin nümayəndəsi olaraq oğlu Şəxs barəsində mövcud olan 423 manat 05 qəpik debutor borcun ödənilməsi tələb edilmiş, lakin sonuncu tərəfindən həmin borcun ödənilməyəcəyi bildirildiyinə görə abonentin su xətti birləşmə nöqtəsindən kəsilərək dayandırılmış, xx.xx.2025-ci il tarixdə isə həmin ünvanda təkrar yoxlanış zamanı Şəxs tərəfindən borc ödənilmədiyi halda qanunsuz olaraq su xəttinə müdaxilə edilərək mənzilə su təchizatının bərpa edilməsi müəyyən edilmiş, bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasını nəzərdə tutan inzibati xəta əməlini törətmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə Göyçay rayon prokurorluğuna və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və məhkəməyə işə baxılmanın təxirə salınması barədə vəsatət verilməmişlər. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Göyçay rayon prokuroru baş ədliyyə müşaviri Ramin Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, X5 İstismarı idarəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə Göyçay rayonu, Natəvan küçəsində debütor borclu abonentlərlə iş aparılan zaman **********000 abonent kodlu Solmaz Ağarəhimova adına abonent bazasında qeydiyyatda olan evin nümayəndəsi olaraq oğlu Şəxs barəsində mövcud olan 423 manat 05 qəpik debütor borcun ödənilməsi tələb edilmiş, lakin sonuncu tərəfindən həmin borcun ödənilməyəcəyi bildirildiyinə görə abonentin su xətti birləşmə nöqtəsindən kəsilərək dayandırılmış, xx.xx.2025-ci il tarixdə isə həmin ünvanda təkrar yoxlanış zamanı Şəxs tərəfindən borc ödənilmədiyi halda qanunsuz olaraq su xəttinə müdaxilə edilərək mənzilə su təchizatının bərpa edilməsi müəyyən edilmiş, bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasını nəzərdə tutan inzibati xəta əməlini törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokolda göstərilmişdir ki, X1 Sistemindən alınmış məlumata uyğun olaraq xx.xx.1950-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə ölmüşdür. xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, qeyd edilən ünvanda Solmaz Ağarəhimovanın adına qeydiyyata alınmış su xəttinin 423 manat debitor borcu olması səbəbindən su təchizatının dayandırılması video çəkilişlə müşahidə edilmişdir. Göyçay SMSİİ tərəfindən rayon prokurorluğuna təqdim olunmuş abonent kartından görünür ki, xx.xx.2025-ci il tarixə qədər Göyçay şəhəri, Natəvan küçəsində **********00 abonent kodlu Solmaz Ağarəhimova abonentin su və çirkab su xidməti üzrə 423 manat 05 qəpik borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Göyçay rayon prokurorluğundan vermiş olduğu izahatdan görünür ki, X5 Sistemlərinin İstismar İdarəsinin əməkdaşları onu idarəyə çağıraraq adına olan 423 manat 05 qəpik debütor borcun ödənilməsini tələb etmiş, lakin maddi imkanının az olmasını və hissə-hissə ödəyə biləcəyi barədə məlumat vermiş, buna baxmayaraq X5 Sistemlərinin İstismar İdarəsinin əməkdaşları onun evinə təmin olunan su xəttini birləşmə nöqtəsindən kəsmişlər, evinə suyun gəlməməsinə, həmçinin borcunu ödəyə bilmədiyinə görə su xəttinə qanunsuz müdaxilə edərək mənzilə gələn su təchizatını bərpa etmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X5 Sistemlərinin İdarəsinin rəhbərliyi tərəfindən Göyçay şəhəri, Natəvan küçəsində **********000 abonent kodlu Solmaz Ağarəhimovanın abonent kimi qeydiyyat bazasında olması, eləcə də həmin ünvanda debitor borclu nümayəndəsi qismində çıxış edən Şəxs mənzilə qanunsuz su təchizatının bərpa etməsi ilə bağlı müraciətində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından və əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respubliksı CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 262.3-cü maddəsi ilə əsaslı olduğundan Şəxs həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, "Su təchizatı və tullantı suları haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən su təchizatı müəssisələri öz xidməti zonası hüdudlarındakı istehlakçılardan su təchizatı sisteminə qanuni əsaslarla qoşulmalarını, hər hansı qanunsuz və ya müəyyən olunmuş norma, qayda və tələblərə uyğun gəlməyən qoşulmanın ləğv olunmasını, su təchizatı xidmətlərinin göstərilməsi üçün zəruri işlərin görülməsini, su təsərrüfatı pasportunun tərtib edilməsini. tələb edə bilər. Həmin qanunun 67-ci maddəsinə əsasən bu qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 3.1.1 -ci bəndinə görə STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.1-ci bəndinə görə su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq istehlakçıların vəzifəsidir. Həmin Qaydaların 8.6-cı bəndinə görə su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. İXM-in 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 262-ci maddəsinin qeyd hissəsinə əsasən Bu Məcəllənin 262.3-cü maddəsində "az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Göründüyü kimi, Şəxs tərəfindən Göyçay şəhəri, Natəvan küçəsində yerləşən mənzildə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmuşdur. Məhkəmədə Şəxs İXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi işin faktiki halları ilə öz təsdiqini taparaq sübuta yetirildiyindən məhkəmə, Şəxs İXM-in 262.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM- in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130- cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-791/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-791/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver