Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-792/2025 20.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Göyçay rayon İcra Hakimiyyətinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 iştirakı ilə, Göyçay rayon İcra Hakimiyyətinin başçısı aparatının hüquq şöbəsinin müdiri X7 tərəfindən qəbul edilmiş 19 sentyabr 2025-ci il tarixli, 72 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ X3 rayon İcra Hakimiyyətinin başçısı aparatının hüquq şöbəsinin müdiri X7 tərəfindən qəbul edilmiş 19 sentyabr 2025-ci il tarixli, 72 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Göyçay rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri cənab Samir Xəlilov tərəfindən yaşadığı ünvana məktubda göndərilmişdir ki, inzibati xəta törədilməsi barədə rayon İcra Hakimiyyətinə daxil olmuş materillara baxılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən 800 (səkkiz yüz) manat miqdarında cərimə olunmağı barədə qərar qəbul edilmişdir. Qeyd edir ki, xx.xx.2025-ci il tarixində qərar qəbul edilməsinə baxmayaraq, həmin qərarın məktubu onun ünvanına xx.xx.2025-ci il tarixində gəlmişdir. Qeyd edir ki, xx.xx.2025-ci il tarixdə ona qarşı əsassız olaraq 300 (üç yüz) manat cərimə tərtib edilmişdir. Bütün bunlara baxmayaraq yenindən 800 (səkkiz yüz) manat cərimə olunmuşdur. Bildirmək istəyir ki, Göyçay Rayon Məhkəməsinin qərarı ilə yuxarıda qeyd etdiyi birinci cərimə yəni 300 (üç yüz) manat məbləği silinmişdir. Lakin bütün bunlara baxmayaraq yenidən cərimə olunmağı onun hüquqlarının pozulması və rahatlığının pozulmasına səbəb olur. Mənasız yerə ona qarşı heç bir əsası olmayan cərimə tətbiq edilir və onun hüquqlarının pozulmasına yol verilir. Qeyd olunan qərarda göstərilir ki, o ünvan 1 ünvanında tikinti işlərinə müvafiq icazə sənədi olmadan qeyri qanunu yaşayış obyekti inşa etmişdir. Ona görə də qərara alınmışdır ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə müvafiq olaraq 300 (üç yüz) manat cərimə olunmalıdır. Lakin bu cərimə silinməsinə baxmayaraq yenidən 800 (səkkiz yüz) manat cərimə olunmuşdur. Hesab edir ki, qərar qanunsuz və əsassızdır, qeyd olunan təkzib edilməz faktlara əsasən ləğv olunmalıdır. Qərarla tanış olduqda məlum oldu ki, qeyd olunan qərarın qəbul olunması onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evin həyətyanı torpaq sahəsində illər əvvəl tikilmiş el dilində desək «Navesin» sökülüb tikilməsidir. Qeyd olunan torpaq sahəsi və naves onun mülkiyyətinə aiddir. Məhkəmənin nəzərinə çatdırır ki, 2023-cü ildə ünvan 2 ünvanında olan evi sahibindən almışdır. Evin yerləşdiyi həyətyanı torpaq sahəsi onun xüsusi mülkiyyətinə daxildir və 2023-cü ilin dekabr ayında o qərara gəldi ki, ailəsi üçün həyətində tikilmiş el dilində “Naves” deyilən tikilinin yerində müasir dövrün tələbatlarına cavab verən obyekt tiksin. Tikiləcək obyektin icazə sənədinin alınması üçün əvvəllər tanıdığı Şamxal Süleymanova müraciət etmiş, Şamxal onunla birlikdə 2023-cü ilin dekabr ayında obyekt inşa ediləcək həyətə baxış keçirdi. Şamxal ondan tikintiyə icazə üçün 5000 (beş min) manat pul tələb etdi. X10 Memarlıq şöbəsinin müdiri Ayaz Səfərəliyev ilə danışaraq 2000 (iki min) manat icazə sənədi almaq üçün pul istədilər. O, razılaşdı və pulu 2024-cü ilin yanvar ayında İcra hakimiyyətinin binasında, dəhlizdə Şamxal Süleymanova verdi. Sonra hər birinə bir qutu nar verdi. Ona bildirdilər ki, tikintiyə başlaya bilərsən. O da tikinti işlərinə başladı. O sənəd istəyəndə Şamxal “icra başçısı o cür tikintilərə sənəd vermir, sən pulu şirinlik kimi vermisən” dedi. O, həyətində əvvəllər tikilmiş navesini söküb olduğu kimi tikib qurtardıqdan sonra qapı və pəncərələri yerləşdirmək istəyərkən Ayaz Səfərəliyev ora gəlib qapı və pəncərələri yerləşdirməyə icazə vermədi və ona bildirdi ki, o işləri dayandırsın. O icazə sənədini tələb etdikdə ona icazə sənədi vermədi və buna görə də o Göyçay rayon İcra hakimiyyətinin başçısının qəbuluna gəldi, bütün olanları Şamxal Süleymanov tərəfindən icazə sənəd üçün ondan 2000 (iki min) manat pul alındığını bildirdi. Bundan sonra Ayaz Səfərəliyev ona qarşı Göyçay Rayon Məhkəməsində xüsusi icraat qaydasında şikayətlə müraciət etdi. Hal-hazırda qeyd olunan iş Göyçay Rayon Məhkəməsinin icraatındadır. Məhkəmənin bir daha nəzərinə çatdırır ki, o özünə məxsus olan ünvan 3 ünvanında yerləşən həyətində əvvəllər tikilmiş navesini sökmüş və eyni ölçüdə yenisini tikmişdir. Bunun üçün isə icazə tələb olunmur və buna görə inzibati cərimə tədbiq edilə bilməz. Bundan başqa o, 2023-cü ilin dekabr - 2024-cü ilin mart ayları kəsiyində navesini söküb tikmişdir. Əgər doğrudan da buna görə həmin vaxt ona inzibati cərimə tətbiq olunması barədə qərar verilmişdirsə nəyə görə 1 (bir) il 7 (yeddi) aydan sonra ona bu barədə məlumat verilir. Bu fakt özü sübut edir ki, bu hərəkət ona qarşı maraqlı şəxslərin qərəzli hərəkətlərindən biridir. Qeyd olunanlara əsasən hesab edir ki, Göyçay rayon İcra hakimiyyəti tərəfindən qəbul olunmuş xx.xx.2025ci il tarixli qərar qanunsuz və əsassızdır. Ona görə də ləğv olunması barədə qərar verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X8 şikayətin məzmununa uyğun izahat vermiş, məhkəmədən Göyçay rayon İcra Hakimiyyətinin başçısı aparatının hüquq şöbəsinin müdiri X7 tərəfindən qəbul edilmiş 19 sentyabr 2025-ci il tarixli, 72 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra Hakimiyyətinin nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, X8 tərəfindən ünvan 4 ünvanda müvafiq icazə olmadan tikinti işləri aparılaraq qeyri yaşayış sahəsi inşa edilmişdir. xx.xx.2024-cü il tarixdə rayon polis şöbəsinin sahə müvəkkili tərəfindən İXM-nin 395.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Göyçay rayon İcra Hakimiyyətinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokola baxılaraq qərar qəbul edilmişdir ki, X8 müvafiq icazə almadan qeyri yaşayış sahəsi inşa etdirmişdir. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan obyektlər sırasına aid olan qeyri yaşayış sahəsi inşa etdirmişdir. X8 özüdə rayon polis şöbəsində izahat verərək göstərmişdir ki, rayon icra hakimiyyətinin əməkdaşlarından şifahi icazə alaraq rəsmi icazə olmadan qeyri yaşayış sahəsi inşa etmişdir. Baxış keçirilərkən müəyyən olunur ki, X8 qeyd etmişdir ki, talvar inşa etmişdir. Həmin tikilinin təyinatı qeyri yaşayış sahəsidir. Həmin tikili nə qeyri yaşayış sahəsinə nə də talvara bənzəmir. Daha sonra X5 cərimə olunması barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X8 dediyinə görə hansı ki, İcra Hakimiyyətinin əməkdaşları maraq müqabilində qeyri rəsmi icazə vermişdirlər. X6 izah edilmişdir ki, həmin rayon icra hakimiyyətinin əməkdaşları barəsində Göyçay rayon prokurorluuna müraciət etsin. İnzibati xəta hadisəsi inzibat xəta haqqında protokol, X5 izahatı və baxış keçirilib çəkilən foto şəkillərnən təsdiq olunur. Foto şəkillərdən aydın şəkildə görünür ki, tikili şəhərin mərkəzi küçəsində qeyri yaşayış sahəsidir. Göyçay rayon İcra Hakimiyyəti tərəfindən rəsmi şəkildə müvafiq icazə verilməmişdir. Daha sonra X8 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş, Göyçay Rayon Məhkəməsinin qərarı ilə şikayət qismən təmin olunaraq inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək baxılması üçün materillar Göyçay rayon İcra Hakimiyyətinə göndərilmişdir. X2 xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında işin baxılması ilə bağlı dəvət olunmuş, Subhan Xəlilov gəlmədiyi üçün, təxirə salınaraq xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Sonra xx.xx.2025-ci il tarixdə X8 barəsində qeyri yaşayış sahəsi inşa etməsi halı ilə bağlı inzibati xəta hadisəsi mövcud olduğu üçün İXM-nin 395.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək cərimə olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Göyçay rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Göyçay rayon Bığır kənd sakini X5 ünvanına Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta protokolu üzrə material baxılması üçün Göyçay rayon İcra Hakimiyyətinə göndərilmişdir. Daxil olmuş inzibati xəta materillara baxılaraq Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsinə əsasən 800 manat miqdarında cərimə olunması haqqında qərar qəbul edilmişdir. İnzibati xətaya görə tətbiq edilmiş cərimənin 10 gün ərzində "xxxx" ASC-nin və yaxud "xxxx" MMC-nin rayon filialları vasitəsi ilə göstərilən hesaba ödənilməsini və ödəniş sənədinin rayon icra hakimiyyətinə təqdim olunması xahiş olunmuşdur. İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli 72 nömrəli qərardan görünür ki, X8 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanə törətdiyinə görə barəsində 800 manat miqdarında cərimə tənbeh növü tətbiq edilmişdir. Sifarişli poçt xəbərnamələrinin surətindən görünür ki, Göyçay rayon İcra Hakimiyyəti tərəfindən Göyçay rayon Bığır kəndində qeydiyyatda olan X5 ünvanına xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə məktub göndərilmiş, Subhan Xəlilov tərəfindən göndərilən məktublar şəxsən imza edilərək götürülmüşdür. Foto şəkillərindən qeyri yaşayış sahəsinin tikilməsi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Göyçay rayon polis şöbəsi tərəfindən X8 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun araşdırılması üçün ünvan 8 ünvana baxış keçirilmiş, baxış zamanı X8 tərəfindən şəhərin Üzeyir Hacıbəyov küçəsi, 101 saylı ünvanda qeyri-yaşayış obyekti inşa edildiyi müşahidə edimişdir. Akt Göyçay rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Samir Xəlilov, Göyçay rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi vəzifəsini icra edən Akiş Muştaqov və Göyçay rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin məsləhətçisi Azad Əhmədov tərəfindən imzalanmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(046)-512/2025 saylı qərarından görünür ki, X5 300 manat cərimə edilməsinə dair Göyçay rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri X7 tərəfindən qəbul edimiş xx.xx.2025-ci il tarixli 02 saylı inzibati xəta haqqında iş üzrə qərar lğv edilmişdir. Göyçay rayon Polis Şöbəsi tərəfindən X8 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta protokolu üzrə material baxılması üçün Göyçay rayon İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir; 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur; 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir; 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; tikinti layihəsi; sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi; 75.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir; 75.11-ci maddəsinə əsasən tikintiyə icazə verildiyi halda tikintiyə icazə, habelə tikinti layihəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. 79-cu maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısı verilmişdir; 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur; Şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərindən göründüyü kimi tikinti obyektlərinin 3 növü müəyyən edilmişdir:
1. tikintisinə icazə tələb olunan tikinti obyektləri; 2. tikintisinə icazə tələb olunmayan tikinti obyektləri; 3. məlumatlandırma icraatı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır.
İşin müəyyən edilmiş hallarından göründüyü kimi X8 tərəfindən tikintisinə icazə tələb olunan tikinti obyekti tikilmiş, lakin, bu zaman şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə riayət olunmamışdır. Belə ki, X1 kimi tikintiyə icazə almaq üçün Göyçay rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etməli və müvafiq sənədləri də ərizəsinə əlavə etməli olduğu halda bu tələbə riayət etməmiş, tikintiyə icazə almadan tikinti işlərinə başlamışdır. Halbuki, tikintiyə icazə verildiyi halda tikintiyə icazə, habelə tikinti layihəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Həmçinin, ərizəçiyə xüsusi nişan təqdim edilməlidir ki, həmin nişan da tikinti işlərinin başlanmasına əsas hesab edilir. Nəzərə alınmalıdır ki, İXM-in 395.1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X6 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 395.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, 19 sentyabr 2025-ci il tarixli, 72 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X5 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. İXM-in 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ Göyçay rayon İcra Hakimiyyətinin başçısı aparatının hüquq şöbəsinin müdiri X7 tərəfindən qəbul edilmiş 19 sentyabr 2025-ci il tarixli, 72 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən: Gülnaz Qurbanova