Məhkəmə qərarları › İş №3(046)-794/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-794/2025

05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-794/2025 05.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı lə, xx.xx.1986-cı ildə Göyçay rayonu, Mırtı kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Göyçay şəhəri, Ziya Bünyadov küçəsi ev 9 -da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələbinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 04 noyabr 2025-ci il tarixdə saat 19.30 radələrində Göyçay şəhəri, Ziya Bünyadov küçəsində ictimai yerdə səs-küy salmaqla, ucadan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlədərək ucadan səs-küy salmış, ictimai qaydanı pozaraq xuliqanlıq hərəkətlərinə yol vermişdir. İnzibati xəta hadisənin olması 05 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin,zərərçəkmiş şəxslərin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 04 noyabr 2025-ci il tarixdə saat 19.30 radələrində Göyçay şəhəri, Ziya Bünyadov küçəsində dayıları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlətmişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmədə Zərərçəkmiş şəxs1 izahat verərək bildirdi ki, Şəxs onun bacısı oğludur. 04 noyabr 2025-ci il tarixdə saat 19.30 radələrində Göyçay şəhəri, Ziya Bünyadov küçəsində aralarında olan mübahisə zamanı Şəxs ona və qardaşı Zərərçəkmiş şəxs2 qarşı nalayiq ifadələr işlədərək ucaddan səs-küy salmışdır.Səs-küyə qonşular toplaşmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində izahat vermiş Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs X2 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş 01.11.205-c il tarixli MN № ******* saylı inzibati inzibati tənbeh vermə barədə qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 04 noyabr 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində İXM-nin 510cu maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Göyçay RPŞ-nin İTB-nə göndərilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göyçay rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın ictimai qayda əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması,İXM-in 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixdə inzibati tənbeh edilməsinə baxmayaraq eyni xətanı təkrar törətməsi, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Beləliklə hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş xətaya görə həmin maddənin sanksiyası həddində inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 07 (yeddi) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 04 noyabr 2025-ci il tarixdən saat 20:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar