Məhkəmə qərarları › İş №3(046)-795/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-795/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-795/2023 21.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızı, Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokolun yenidən icraata götürülməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankın vəsatətinə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Protokol hüquqi şəxsə məlumat verilmədən, onların nümayəndəsinin iştirakı olmadan, izahatı alınmadan tərtib edilmişdir. Bu səbəbdən Göycay Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.2, 100.3, 100.4-cü maddələrinə əsaslanaraq protokolun geri qaytarılması barədə xx.xx.2023-cü il tarixli, 3(046)-681/2023 saylı qərardad qəbul edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı xx.xx.2023-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək həmin natamamlıqları aradan qaldırmadan işin yenidən icraata götürülməsini və məhkəmə tərəfindən yenidən eyni əsaslarla geri qaytarıldığı halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsi ilə həmin Məcəllənin 100.2 və 100.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsini xahiş etmişdir. Vəsatət verənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.2 və 100.4-cü maddələri inzibati xətanın onu törədən şəxsin bilavasitə iştirakı ilə aşkar olunduğu hallara şamil edilir. İnzibati xəta hərəkətsizlik formasında törədildiyi halda şəxsin iştirakını təmin etmək üçün vaxt tələb olunur və beləliklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsində nəzərdə tutulmuş tələbin pozulması ilə yanaşı, Məcəllənin 102.1-ci maddəsinin hüdudları çərçivəsindən çıxaraq inzibati araşdırmanın aparılması ilə nəticələnmiş olur. Məhkəmə vəsatətdə qeyd olunanları nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin olunmamalıdır. Belə ki, qeyd olunan məsələyə dair Göyçay Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə qərardad qəbul edilmiş və hazırda qüvvədədir. İnzibati xətalar qanunvericiliyində qərardadı qəbul etmiş məhkəmə tərəfindən həmin qərardaddan verilmiş şikayətə baxılması nəzərdə tutulmamış, həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ da istisna edilmişdir. Eyni zamanda məhkəmə protokolun və ona əlavə edilmiş sənədlərin natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq onu tərtib etmiş orqanla işçi qaydasında rəsmi blankda qeyd olunan telefon nömrəsi ilə əlaqə qurmağa çalışmış, lakin cavab verilmədiyinə görə sənədləri geri qaytarmadan natamamlıqların aradan qaldırılması mümkün olmamışdır. Məhkəmə, həmçinin qeyd edir ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, inzibati xətalar qanunvericiliyində həmin protokolun bu Məcəlləyə uyğun tərtib edilərək yenidən məhkəməyə göndərilməsi istisna edilməmişdir. Vəsatətdə qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsinə məhkəmə tərəfindən lüzum görünmür. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş hüquqi şəxs Şəxs ASCin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolun yenidən icraata götürülməsinə dair vəsatəti təmin olunmasın. Vəsatətə əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mərkəzi Bankına geri qaytarılsın. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar