Məhkəmə qərarları › İş №3(046)-795/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-795/2025

07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-795/2025 07.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızı, İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X1 şikayəti işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: X2 inzibati məsuliyyətə cəlb olunması və barəsində tətbiq edilmiş inzibati cərimənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə daxil olmuş materialları nəzərdən keçirib, hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər inzibati xəta üzrə iş onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Məhkəmənin icraatına daxil olmuş şikayət ərizəsinin məzmunundan göründüyü kimi X2 öz şikayətinə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun və barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərarın surətini əlavə etməmiş, habelə şikayətdə inzibati tənbeh tətbiq edilməsi barədə qərarın kim tərəfindən çıxarılması barədə heç bir məlumat göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göründüyü kimi, X2 tərəfindən məhkəməyə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onların tamamlanması qeyri mümkündür. Məhkəmə hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109cu maddəsini rəhbər tutaraq, qərara aldı: İnzibati məsuliyyətə cəlb olunması barədə X1 inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar