Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-796/2024 27.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Göyçay rayonu, Mirzəhüseynli kəndində qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-150/2024 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 27 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-150/2024 saylı icra vərəqəsi xx.xx.2024-cü il tarixdə Göyçay rayon icra və probasiya şöbəsinə daxil olmuşdur. Həmin icra sənədinə əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Əlavə olaraq bildirir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 4 ədəd bank hesab kartı var. 2024-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs alimentlə bağlı əlavə olaraq bank hesabının açdırılması və alimentlə bağlı ödənişlərin edilməsi üçün kartın təqdim olunması təklif edilmişdir. Yanvar ayında tələbkar Zərərçəkmiş şəxs ona Beynəlxalq Banka məxsus sonu ............9253 ilə bitən bank hesabını təqdim etmiş, həmin aydan etibarən aliment ödənişləri sözügedən karta köçürülmüşdür. İcra sənədinin icra olunması ilə bağlı çətinliklər borclu Şəxs tərəfindən 2023-cü ilin oktyabr ayından 2024-cü ilin yanvar ayına kimi Zərərçəkmiş şəxs digər kartına pulun köçürməsi və bununla bağlı aralarında mübahisənin yaranması səbəbindən olmuşdur. Hal-hazırda tələbkarın ona təqdim etdiyi karta borclu tərəfindən 4000 manat aliment borcundan 3306 manat məbləğində pul köçürülmüş, qalan 694 manat pul aliment borcu kimi hesab edilmişdir. Tərəflər arasında mübahisə yarandığı üçün icra sənədinin icra edilməsi istiqamətində çətinliklər yaranmış, bu səbəbdən də borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən ondan hər ay iki uşağın saxlanılması üçün 400 manat sabit pul məbləğindən alimentin tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixdə zərər çəkmiş şəxs məhkəməyə boşanma ərizəsi ilə müraciət etmiş, 2024-cü ilin yanvar ayında nikahları pozulmuşdur. O, 2023-cü ilin oktyabr ayından bugünədək zərər çəkmiş şəxsin 4 ədəd kart hesabına 5300 manat pul köçürmüşdür. İcra məmuru ona etdiyi ödənişlərin tələbkarın aliment kartına köçürülməli olduğun bildirmişdir. Məhkəməyə ərizə verilən gündən aliment borcundan ödəniş etmiş, aliment borcunu ödəməkdən yayınmamış, lakin icra məmuru onun yanvar ayından bugünədək ödədiyi pulu hesablamış, ondan əvvəlki aylarda ödədiyi ödənişlər hesablanmamışdır. Zərər çəkmiş şəxsin hesabına ödədiyi ödənişlə bağlı qəbzlərin hamısın icra məmuruna təqdim etmişdir. Onun hal-hazırda heç bir aliment borcu yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən Şəxs hər ay 400 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. O, nikahın pozulması ilə bağlı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət etmiş, 2024-cü ilin yanvar ayında nikahları pozulmuşdur. Yanvar ayından bugünədək Şəxs ona 4000 manat puldan 3306 manat ödəniş etmiş, 694 manat aliment borcu qalmışdır. Qalıq aliment borcunun ödənilməsi ilə bağlı o, heç bir yerə şikayət etməmişdir. Şəxs oktyabr ayından yanvar ayınadək aliment borcu ilə əlaqədar etdiyi ödənişi onların birgə nikah vaxtı bankdan götürdükləri kredit borcuna çıxmışdır. Dəfələrlə bununla bağlı onunla danışıqlar aparmaq istəsə də, bir nəticəsi olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin 2(046)-150/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. Ödəniş qəbzlərinin surətindən görünür ki, borclu Şəxs borcundan 3306 manat tələbkar Zərərçəkmiş şəxs ödəmişdir. Borclu Şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsində xx.xx.2024-cü il tarixdə izahat verərək nikahları pozulduğu vaxtdan ehtibarən Zərərçəkmiş şəxs məxsus bank kartlarına 5347 manat pul ödədiyini, etdiyi ödənişlərin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati iş materialında olan sənədləri və icra işinin nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Belə ki, inzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə onda ehtiva olunur ki, təqsirkar şəxsə yazılı şəkildə məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıq edilmiş olsun, həmin xəbərdarlıqdan və icra məmurlarının qanuni tələblərindən təqsirkar şəxsin məlumatı olsun və hər hansı üzrlü səbəb göstərmədən həmin hərəkətlərini davam etdirmiş olsun. Qərəzliliyin ümumi əlamətləri ondan ibarətdir ki, təqsirkara məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəmir. Habelə onun imkanları barədə icra məmurunda kifayət qədər məlumatlar olsa da borclu tələbi icra etməkdən yayınır və s. Belə hallarda İXM-nin 528.1-ci maddəsində təsvir olunan qərəzlilikdən söhbət gedə bilər. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Əksinə borclu Şəxs icra sənədi ilə bağlı borcundan ödənişlər edərək ödədiyi ödənişlərin qəbzin icra məmuruna təqdim etmiş, icra sənədinin icra edilməsi istiqamətində heç bir çətinliklər yaratmamışdır. Borclu tərəfindən 2023-cü ilin oktyabr ayından 2024-cü ilin yanvar ayına kimi ödənilmiş alimentin birgə nikah dövründə yaranmış borcuna hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs bununla bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda həmin mübahisəyə ayrıca mülki icraat qaydasında məhkəmə tərəfindən qiymət verilməlməsi daha düzgün olardı. Hazırda aliment tələbi ilə bağlı məhkəmə qətnaməsi mövcüddur və borclu tərəfindən tələbkara məxsus olan bank kartına ödənişlərin edilməsi öz təsdiqinin tapmışdır. Belə ona halda borclu tərəfindən tələbkara məxsus digər karta aliment borcundan ödənişlərin edilməsinin məhkəmə aktınının üzrsüz səbəbdən icra olunmaması kimi qiymətləndirilməsi qeyri-mümkündür. Avropa Məhkəməsi nəzərə almışdır ki, işlərə mahiyyəti üzrə baxan məhkəmələr, məhkəmə qərarlarının icrası ilə bağlı məsuliyyətə cəlb edilməsi məsələsinə baxarkən işin faktiki, o cümlədən əməlin məhz qərəzli olaraq törədilib törədilməməsi hallarının hərtərəfli araşdırmasının təmin edilməsi barədə Konstitusiya Məhkəməsi Plenumunun göstərişinə əməl etməmişlər. Nəticədə Avropa Məhkəməsi hesab etmişdir ki, qərəzliliyin müəyyən edilməsi ilə bağlı dəlil əhəmiyyətli xarakterli olaraq məhkəmə baxışının nəticələri üçün həlledici rol daşımış, müvafiq olaraq yerli məhkəmələrin həmin dəlillə bağlı əsaslandırılmış qərarın verməməsi isə Konvensiyanın 6-cı maddəsinin pozuntusunu təşkil etmişdir (bax, Kərimov və Qeyriləri Azərbaycana qarşı, №№ 24219/16 və s., §§ 31-34, 22 iyul 2021). Məhkəmə iclasında aparılmış araşdırmalardan məlum olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qətnamənin icrasından qərəzli şəkildə yayınması halı müəyyən edilmir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində tərtib edilmiş 27 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-796/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-796/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver