Məhkəmə qərarları › İş №3(046)-797/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-797/2022

19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-797/2022 19.12.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, X1nun və İsmayıllı rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X2 iştiraki ilə, İsmayıllı rayon Yol Patrul Xidməti baş inspektoru polis mayoru X3 xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Yol Patrul Xidməti baş inspektoru polis mayoru X3 xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. X1 şikayət ərizəsini belə əsaslandırmışdır ki, İsmayıllı rayon Yol Patrul Xidməti baş inspektoru polis mayoru X7 tərəfindən xx.xx.2022-ci il tarixdə inzibati xəta protokoluna və inzibati xəta haqqında iş materiallarına baxaraq barəsində xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək 40 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, İsmayıllı rayon Yol Patrul Xidməti baş inspektoru polis mayoru X3 xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati tənbeh edilməsinə əsas İsmayıllı şəhəri H.Əliyev prospektində yol nişanının tələblərinə riayət etmədiyi qeyd edilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edən YPXnin əməkdaşı ona istinad olunan inzibati xəta törətdiyini təsdiq edən hər hansı sübutu, yəni foto və videogörüntünü, hal şahidini təqdim etmədən, heç bir sübuta əsaslanmadan barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xətanın mövcudluğunu sübut etmədən barəsində tərtib edilmiş inzibati haqqında protokola İsmayıllı rayon Yol Patrul Xidməti baş inspektoru polis mayoru X7 baxaraq inzibati tənbeh edilməsinə dair qanunsuz qərar qəbul etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(046)-482/2022 saylı qərarında hakim işə hüquqi qiymət verərək hesab etmişdir ki, barəsində inzibati xəta protokolu üzrə qərar qəbul edilərkən törədilmiş inzibati xətanın törədilmə şəraiti, hadisənin baş verdiyi yerin sxeminin tərtib edilməməsi, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, məsuliyyətinin yüngülləşdirən və ağarlaşdıran halların olubolmaması müəyyən edilməsi barəsində qərar qəbul edilərkən onun verəcəyi vəsatətlərinin nəzərə alınmaması xüsusatları istinad edilən inzibati xətanın araşdırılması onun hüquqlarını məhdudlaşdırmışdır. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onun heç bir məlumat olmamış, iştirakı təmin edilməmişdir. Buna görə də şikayətin təmin edilməsin xahiş etmişdir. İş üzrə qərarından şikayət verilmiş İsmayıllı rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X6 izahat verərək göstərmişdir ki, X9 xx.xx.2022-ci il tarixdə saat 17:36-da İsmayıllı şəhəri Nizami küçəsində idarə etdiyi KİA CERATO markalı, **-FB-*** dövlət nömrə nişanlı minik avtomobil ilə hərəkətdə olarkən dairəvi hərəkət zolağına daxil olarkən Yol X4 42-ci maddəsinə əsasən dairəvi hərəkət təşkil olunmuş yolayrıcının qarşısında qoyulmuş 4.3 nişanı olduğu halda, Ramil Ömərov digər nəqliyyat vasitəsinə yol verməyərək, X10 qanun tələblərini pozmuşdur. Bununla bağlı X9 barəsində İXM-nin 327.1ci maddəsi ilə inzibati protokol tərtib edilmiş, həmin protokola əsasən inzibati qərar qəbul edilərək inzibati qaydada 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayət ərizəsinə, İsmayıllı rayon Yol Patrul Xidməti baş inspektoru polis mayoru X3 xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına və digər iş materiallara baxaraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İXP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X9 xx.xx.2022-ci il tarixdə saat 17:36-da İsmayıllı şəhəri H.Əliyev prospektində KİA CERATO markalı, **-FB-*** dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş DVD disk video görüntülərində X5 xx.xx.2022-ci il tarixdə saat 17:36-da İsmayıllı şəhəri Nizami küçəsində idarə etdiyi KİA CERATO markalı, **-FB-*** dövlət nömrə nişanlı minik avtomobil ilə hərəkətdə olarkən, dairəvi hərəkət zolağına daxil olduğu və həmin dairədə hərəkətdə digər nəqliyyat vasitəsinə yol verməyərək hərəkətini davam etdiyi müəyyən olunur. Azərbaycan Respublikası Yol X4 42-ci maddəsinin XV bəndinin tələbinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X9 xx.xx.2022-ci il tarixdə saat 17:36-da İsmayıllı şəhəri Nizami küçəsində idarə etdiyi KİA CERATO markalı, **-FB-*** dövlət nömrə nişanlı minik avtomobil ilə hərəkətdə olarkən dairəvi hərəkət zolağına daxil olarkən Yol X4 42-ci maddəsinə əsasən dairəvi hərəkət təşkil olunmuş yolayrıcının qarşısında qoyulmuş 4.3 nişanı olduğu halda Ramil Ömərov digər nəqliyyat vasitəsinə yol verməyərək, X10 qanun tələblərini pozmuşdur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X5 barəsində tərtib edilmiş xx.xx.2022-ci tarixli 40 manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair qərarın ləğv edilməsi barədə tələbi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Belə olan halda tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X5 İsmayıllı rayon Yol Patrul Xidməti baş inspektoru polis mayoru X3 xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə razılaşmadığı barədə göstərdikləri xüsusatlar onun barəsində qəbul edilmiş qərarın ləğvi üçün əsas ola bilməz. Buna görə də X5 şikayəti əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X5 İsmayıllı rayon Yol Patrul Xidməti baş inspektoru polis mayoru X12 tərəfindən xx.xx.2022-ci il tarixli İXM-nin 327.1-ci maddəsi ilə 40 manat inzibati qaydada cərimə edilməsi barədə qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar