Məhkəmə qərarları › İş №3(046)-797/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-797/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-797/2024 27.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X4 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola görə Rzayev X5 Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə icra məmurunun müəyyən etdiyi vaxt ərzində könüllü tələbi icra etməməsi, yaranmış 1955 manat aliment borcunu ödəməmişdir. Məhkəməyə təqdim olunmuş 27 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, protokol düzgün tərtib olunmamışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 2(046)- 929/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2008ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 hesabına ödənilməlidir . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə görə inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer,vaxt və bu xətanın mahiyyəti göstərilir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda xətanın mahiyyəti düzgün göstərilməmiş, Şəxs Göyçay Rayon Məhkəməsinin 2(046)-929/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli icra sənədi üzrə aliment ödənilməsi ilə bağlı tələbin icra edilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi göstərilməli olduğu halda,mövcud olmayan və Şəxs borclu olaraq icra etməli olmayan xx.xx.2024-cü il tarixli tələbin icrasından yayınması qeyd edilmişdir. Bundan başqa inzibati xəta haqqında protokola əlavə edilmiş tələbkar X3 və borclu Şəxs 27 avqust 2024-cü il tarixli ərizələrindən görünür ki,onlar aliment borcunun ödənilməsi ilə əlaqədar razılığa gəlmişlər. Belə olan halda hesab edirəm ki,inzibati xəta haqqında protokol düzgün tərtib olunmamış və təqdim edilmiş materiallar natamamdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda ,inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Hesab edirəm ki, Şəxs barəsndə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş 27 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından və təqdim edilmiş materiallar natamam olduğundan,işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 420-ci maddəsini rəhbər tutub, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 27 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Göyçay rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar