Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-798/2022 26.12.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Şəxs barəsində Suraxanı rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixdə İXP ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, o əvvəllər barəsində olan inzibati xəta haqqında iş üzrə xx.xx.2022-ci il tarixli, TP ******* saylı electron qərar üzrə qəbul edilmiş cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Həmin inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən aşağıdakı qanun pozuntularına yol verilmişdir. Bu səbəbdən də hazırkı yəni, xx.xx.2022-ci il tarixdə iş üzrə icraatı rədd edən hallar yaranmışdır. İcraatı rədd edən hallar isə mövcud olduqda İXM-nin 53.1.8, 105.1, 106.0.4, 109.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Elektron Məhkəmə Sistemindən sorğulanmış çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İXM-in 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Lakin göründüyü kimi hazırkı iş üzrə şəxs xx.xx.2022-ci il tarixdə öldüyündən səlahiyyətli orqan tərəfindən inzibati məsuliyyətdən azad olunmuş şəxs barəsində xx.xx.2022-ci il tarixdə İXM-nin 529.3-cü maddəsi ilə qanunsuz olaraq protokol tərtib edilmiş və həmin protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Bununla da şəxs inzibati məsuliyyətdən azad edildiyindən və artıq inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmadığından, həmin iş üzrə başlanmış icraata xitam verilməli olduğundan, həmçinin göstərilən əsaslar iş məhkəməyə daxil olanadək yarandığından, göstərilən əsasların yarandığı vaxtı iş hələ də səlahiyyətli orqanın icraatında olduğundan, səlahiyyətli orqan həmin iş üzrə icraata xitam verməli olduğu halda, buna əməl etməyib inzibati məsuliyyətdən azad edilmiş şəxs barədə materialları məhkəməyə göndərmişdir. Halbu ki, İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən işin məhkəmədə icraatını rədd edən hallar vardır. Lakin iş artıq məhkəməyə göndərildiyi üçün, həmin işin icraatına xitam verilməlidir. İXM-nin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin səlahiyyətli orqanın diqqəti hazırkı qərarda qeyd edilənlərə, yəni şəxs inzibati məsuliyyətdən azad edildiyindən və artıq inzibati xəta tərkibi olmadığından, həmin şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün işin məhkəməyə göndərilməsi ilə şəxsin hüquqlarının pozulduğu, buna görə də iş məhkəməyə göndərilənədək şəxsin bu hüququnun təmin edilməsi üçün həmin iş üzrə başlanmış icraata həmin orqanın özü tərəfindən xitam verilməli olduğuna cəlb edilməlidir. Bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti bitdikdən sonra İXM-nin 529.3-cü maddəsi ilə inzibati iş üzrə icraat başlanıla bilməz, başlanmış inzibati xəta haqqında işə protokol tərtib etmiş orqanın özü tərəfindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-109-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-798/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-798/2022
26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver