Məhkəmə qərarları › İş №3(046)-799/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-799/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-799/2024 28.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1, xx.xx.1972-ci ildə Kürdəmir rayonu Mürtülü kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Kürdəmir rayonu Mürtülü kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə saat 22.45-də Kürdəmir rayonundan Göyçay Rayon Polis şöbəsinə polis əməkdaşları tərəfindən avtomobillə gətirilərkən Göyçay rayonu Qızılağac kəndində avtomobildən düşüb qaçmış,polis əməkdaşlarının «dayan» əmrinə tabe olmayıb qaçmağa davam etmiş, polis əməkdaşına onu tutub saxlayarkən ucadan nalayiq ifadələr işlətmiş,sonra həmin gün saat 23.30 radələrində Göyçay Rayon Polis Şöbəsinə çatdıqda orada olan ictimai mühafizə vəzifəsini icra edən polis əməkdaşının tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 28 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokollarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 22.40 radələrində Göyçay rayon Qızılağac kəndi ərazisində olan zaman onu Göyçay Rayon Polis şöbəsinə gətirən polis əməkdaşlarının avtomobilindən düşüb qaçmaq istəmiş,lakin onu polis əməkdaşları tutub saxlamışlar.Ona görə də əsəbi olduğundan nalayiq ifadələr işlətmişdir.Daha sonra o polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə gətirilərkən o rayon polis şöbəsinin qarşısında digər polis əməkdaşlarına nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onu dəfələrlə nizam intizama dəvət etsələrdə o polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 bildirdi ki,Göyçay Rayon Polis Şöbəsinin istintaq bölməsində başlanmış cinayət işi ilə bağlı naqil oğurluğunda şübhəli bilinən Şəxs xx.xx.2024-cü il tarixdə saat 22.40 radələrində RPŞ-nə Kürdəmir rayonundan gətirilmişdir.Yolda Şəxs Göyçay rayon Qızılağac kəndində onların avtomobilindən düşüb qaçmış,onu tutub saxlayanda onların ünvanına nalayiq ifadələr işlədərək qanuni tələblərinə qəsdən tabe olmamışdır.Daha sonra rayon polis şöbəsinə gətirilərkən həmin gün saat 23.30 radələrində Şəxs rayon polis şöbəsinin qarşısında digər polis əməkdaşlarına nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onu dəfələrlə nizam intizama dəvət etsələrdə o polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili X2 Şahid2 izahatına uyğun izahat verdi. Məhkəmədə şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin rəisi Şahid1 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 23.30 radələrində Göyçay Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında sonradan adını bildiyi Şəxs ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmiş,onu nizam-intizama dəvət etsə də,onun qanuni tələbinə tabe olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 022713 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki,İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbs növündə inzibati tənbehin müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətaların müvafiq olaraq ictimai qayda və idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti,əmlak vəziyyətinin qənaətbəxş olmaması nəzərə alır. Bundan başqa inzibati xəta törədən şəxsin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Beləliklə hesab edirəm ki, inzibati xəta törətmiş şəxs daha ciddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətaya görə həmin maddənin sanksiyası həddləri daxilində müəyyən müddətə inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 27 avqust 2024-cü il, saat 23:30-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar