Məhkəmə qərarları › İş №3(046)-8/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-8/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-8/2024 09.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, X4 oğlunun katibliyi ilə, Şəxs barəsində Göyçay rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs məxsus istehsalı və ya satılması qadağan olunmuş mallar olan 5 qutu pirotexniki vasitə 26 dekabr 2023-cü il tarixdə, saat 10 radələrində Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Təzə Bazar” adlanan ərazidə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 112.1.4-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs istehsalı və ya satılması qadağan olunmuş mallar olan 5 qutu pirotexniki vasitəni 26 dekabr 2023-cü il tarixdə, saat 10 radələrində Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “təzə bazar” adlanan ərazidə satış məqsədilə saxlamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən tərtib edilmiş 26 dekabr 2023-cü il tarixli maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, hal şahidləri X3 və X1 iştirakları ilə Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “təzə bazar” adlanan ərazidə satışı və istifadəsi qadağan olunmuş 5 qutu pirotexniki vasitə aşkar olunaraq götürülmüşdür; xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Göyçay rayon Polis Şöbəsinin PPXBnin tağım komandiri, polis leytenantı X7 rayon Polis Şöbəsinin rəisinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində polis serjantı Zülfüqarov İbrahim ilə birlikdə xidmət aparan zaman “təzə bazar” adlı ərazidə pirotexniki vasitələrin satışı ilə məşğul olması tərəflərindən aşkar olunmuş, Şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra barəsində qanuni tədbirlər görülməsi üçün Göyçay rayon polis şöbəsinə dəvət edilərək növbətçi hissəyə təhvil verilmişdir. DVD diskdə olan videoyazıdan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs aşkar edilmiş 5 qutu pirotexniki vasitənin ona məxsus olduğunu və həmin pirotexniki vasitəni keçən il “Sədərək” TM-dən satış məqsədi ilə aldığını etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır və inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə 350 (üç yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar