Məhkəmə qərarları › İş №3(046)-80/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-80/2021

05.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-80/2021 05.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, X2nun iştirakı ilə, DİN-nin İmsayıllı rayon YPX-nin inspektoru X3 tərəfindən tərtib edilmiş protokol üzrə qəbul edilmiş qərardan verdiyi şikayətə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN-nin İmsayıllı rayon YPX-nin inspektoru X3 tərəfindən tərtib edilmiş protokol üzrə qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 məhkəməyə ərizə təqdim edərək tərtib edilmiş protokol üzrə qəbul edilmiş qərardan verdiyi şikayətin və şikayətə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 DİN-nin İmsayıllı rayon YPX-nin inspektoru X3 tərəfindən tərtib edilmiş protokol üzrə qəbul edilmiş qərardan verdiyi şikayət ərizəsinə əsasən geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar