Məhkəmə qərarları › İş №3(046)-803/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-803/2022

14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-803/2022 14.12.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1948-ci il tarixdə Qəbələ rayonu Məlikli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, pensiyaçı, Göyçay rayonu Cəyirli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində acıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsininin böyük icra məmuru, X1 tərəfindən xx.xx.2022-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə Zərərçəkmiş şəxs azyaşlı qızı ilə birlikdə Göyçay rayonu Cəyirli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsinə maneələr yaratmışdır. İnzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş gəlinidir. Məhkəmənin qətnaməsinə əsasən Zərərçəkmiş şəxs yaşadıqları ona və ailə üzvlərinə məxsus fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Hazırda Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin adına qeydə alınmış fərdi yaşayış evinə köçürülməsinə etiraz etmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Göyçay Rayon Məhkəməsinin 2(046)-938/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsini üzürsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, heç bir üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə Zərərçəkmiş şəxs azyaşlı qızı ilə birlikdə Göyçay rayonu Cəyirli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsinə maneələr törətməsini, həmçinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 500 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar