Məhkəmə qərarları › İş №3(046)-803/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-803/2024

12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-803/2024 12.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Göyçay rayonu, Alpout kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Göyçay rayonu, Alpout kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Göyçay rayonu, Alpout kəndində yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs məxsus “Samsung A 05” markalı mobil telefonu sındıraraq 300 manat məbləğində ziyan vurmuşdur. Buna görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana (nümayəndəsinə) lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə rəsmi nikahda olsalarda faktiki olaraq aralarında ər-arvad münasibəti yoxdur. Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları vaxtda onun istifadə etdiyi mobil telefonu kreditlə götürərək o alıb vermişdir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yaşadıqları evdə Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı əsəbləşərək İlhamənin istifadə etdiyi mobil telefonu yerə vuraraq sındırmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Göyçay rayonu Alpout kəndində yaşayır və tarix müəlliməsi işləyir. Şəxs ilə rəsmi nikahda olsalar da faktiki olaraq aralarında ər-arvad münasibəti yoxdur. Şəxs ilə aralarında dəfələrlə mübahisələr olmuş, bununla bağlı rayon polis şöbəsinə şikayətlər etmişdir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yaşadıqları evdə olarkən Şəxs ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Məzahir onun istifadə etdiyi “Samsung A 05” markalı mobil telefonu yerə vuraraq sındırmışdır. Hal-hazırda Şəxs şikayətçidir. Barəsində qanuna müvafiq qaydada tədbirlər görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Göyçay rayonu, Alpout kəndində yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs məxsus “Samsung A 05” markalı mobil telefonu sındıraraq 300 manat məbləğində ziyan vurmuşdur. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək və Göyçay rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, əri Şəxs onu döyməsini və mobil telefonunu sındırmasını bildirmişdir. Həmin faktla bağlı təhqiqat bölməsində araşdırılma aparılmış, Şəxs əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1 və 157-ci maddələrinin tərkib əlamətləri olduğundan qərarın surəti aidiyyəti üzrə baxılması üçün Göyçay rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sənəddən görünür ki, “Samsung A 05” markalı mobil telefonunun 2024-cü ilin mart ayında bazar qiyməti 300 manat olmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta törətmiş Şəxs Zərərçəkmiş şəxs az miqdar hesab olunan 300 manat dəyərində maddi ziyan vurmuşdur və o, vurduğu həmin maddi ziyanı ödəməmiş, zərərçəkmiş şəxslə barışmamışdır. Belə olan halda, İXM-nin 39.2-ci maddəsində müəyyən edilən qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Bundan başqa, məhkəmə Şəxs məhkəmə iclasında irəli sürdüyü dəlillərə münasibətdə qeyd edir ki, həmin hallar inzibati xəta haqqında işin icraatını istisna etmir və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşməməklə işin icraatına xitam verilməsi üçün əsas hesab oluna bilməz, məhkəmə tədqiqi zamanı İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar (inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri və s.) müəyyən edilmişdir. Təhqiqat orqanının cinayət işi başlanmasının rədd edilməsi, inzibati xəta haqqında iş üzrə icraat başlanması barədə 22 aprel 2024-cü il tarixli qərarı qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməməklə qüvvədədir, ona görə irəli sürülən dəlillər şəxsin özünü inzibati məsuliyyətdən yayındırmağa cəhdi kimi qiymətləndirilməklə nəzərə alınmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, inzibati xəta nəticəsində vurulmuş zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxsə izah edilir ki, ziyanın əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli - 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izah olunsun ki, dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar