Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-804/2023 15.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1956-cı ildə Göyçay rayonu, Qarayazı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Göyçay rayonu, Qarayazı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 14 dekabr 2023-cü il tarixdə narkotik vasitə olan marixuananın istifadəsində şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılaraq, Göyçay rayon Polis Şöbəsinə gətirilmiş və narkotik vasitə qəbul etməsi ilə bağlı şübhəli bilindiyi üçün orada baxış keçirilən zaman üzərində narkotik vasitə aşkar olunmasa da, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Mərkəzində müayinə olunarkən THC (marixuana) aşkar edilmişdir. Buna görə də Şəxs 14 dekabr 2023-cü il tarixdə inzibati qaydada tutulmuş, həmin tarixdə Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, bir həftə bundan əvvəl yaşadığı evdə olarkən narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 14 dekabr 2023-cü il tarixdə yaşadığı evdə olarkən polis əməkdaşları yaşadığı evə gələrək ona narkotik vasitə qəbul etməsindən şübhələndiklərini bildirmiş və onu rayon polis şöbəsinə dəvət etmişlər. Bundan sonra narkoloji həkim müayinəsindən keçmiş, müayinə zamanı narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X3 bildirdi ki, Şəxs narkotik vasitə qəbul etməsi faktı üzrə toplanmış materiallar inzibati xəta haqqında protokol tərtib edilməsi üçün ona verilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilməsi məqsədilə Şəxs 14 dekabr 2023-cü il tarixdə inzibati qaydada tutulmuş, həmin tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 14 dekabr 2023-cü il tarixli, 3752/2023 saylı "Sərxoşuluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs sidikdə THC (marixuana) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi-Narkoloji tibbi yoxlamanın 14 dekabr 2023-cü il tarixli 2039 nömrəli rəyində göstərilmişdir ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Yaşı 65-dən yuxarı olduğuna görə məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, cərimə növündə inzibati tənbeh tətbiq olunmalı və Şəxs məhkəmə iclası zalından dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilsin. Şəxs məhkəmə iclası zalından dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-804/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-804/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver