Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-807/2024 04.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1, xx.xx.1997-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Göyçay Rayon X3 Xidmətində işləyən, Göyçay şəhəri, X6 prospekti, dalan 4, ev 2-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs cəmi dəyəri 24210 manat olan əşyaların ondan alınıb Zərərçəkmiş şəxs verilməsi barədə Göyçay Rayon Məhkəməsinin 2(046)-1301/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı 13057 manat dəyərində olan əşyaların tələbkar Zərərçəkmiş şəxs verilməsi barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması 04 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1301/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə görə 24210 manat dəyərində olan əşyalar tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Həmin əşyaların bir hissəsi tələbkara qaytarılmışdır.Lakin bəzi əşyalar nikah dövründə satıldığından onların qaytarılması mümkün olmamışdır.Həmin əşyaların dəyərini qaytarmağa razıdır.Lakin birdəfəliyə dəyəri ödəyə bilmir. Çünki Göyçay Rayon X3 Xidmətində işləyir. Aldığı əmək haqqından 200 manat aliment ödəyir və əmək haqqının qalan hissəsinin hər ay həmin borcdan silinməsini istəyir. Borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə iclasında inzibati xəta protokolu tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1301/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 24210 manat dəyərində olan əşyalar Şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Borclu Şəxs Göyçay rayon İcra və Probasiya şöbəsinə dəvət edilərkən borclu olduğu məbləği aldığı əmək haqqına yönləndirilməsini xahiş etmişdir. Maddi imkanı olmadığı üçün 13057 manat məbləğində borcunu ödəyə bilməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Göyçay Rayon Məhkəməsinin 2(046)-1301/2023 saylı, xx.xx.2023-cü il tarixli, icra sənədində göstərilən məbləğin ödənilməsi barədə Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. «İcra haqqında « Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi İXM-in 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki,tələbin könüllü icrası üçün borclu Şəxs xx.xx.2024-cü il tarixli bildiriş təqdim edilmiş,tələbin könüllü icrası üçün 10 gün vaxt müəyyən edilmişdir. Lakin həmin müddət, həmçinin icra sənədinin icrası üçün qanunla müəyyən edilmiş müddət keçməsinə baxmayaraq icra sənədi üzrə tələb icra edilməmiş qalmışdır. Belə olan halda isə hesab edirəm ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 1301/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrsüz səbəbdən icra edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-807/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-807/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver