Məhkəmə qərarları › İş №3(046)-808/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-808/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-808/2024 07.11.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Göyçay rayonu, Çərəkə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Çərəkə kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 xx.xx.2024-cü il tarixdə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir ondan ötrü ki, Şəxs Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.2006-cı il tarixdə anadan olmuş X2 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi barədə tələbin könüllü icrasından boyun qaçıraraq Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun icra sənədinin icrası ilə bağlı aliment borcunun ödənilməsi barədə qanuni tələblərini yerinə yetirməmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(046)-808/2024 nömrəli qərarına əsasən inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından Şəxs xx.xx.2024-cü il tarixdə apellyasiya şikayət vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(107)-305/2024 nömrəli qərarına əsasən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(046)-808/2024 nömrəli qərarlı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 izahat verərək bildirdi ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2006-cı il tarixdə anadan olmuş X2 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlanılması haqqında qərarla eyni tarixdə borcluya könüllü icra haqqında bildiriş rəsmi qaydada verilmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclu Şəxs icra sənədi üzrə ödəniş qəbzləri təqdim edərək aliment borcundan ödəniş etdiyini bildirmişdir. Həmin qəbzlərin düzgünlüyünün yoxlanılması üçün borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, Göyçay Rayon Məhkəməsinin qərarına əsasən borclu Şəxs barəsində tərtib edilmiş protokola xitam verilmişdir. Borclu Şəxs barəsində yenidən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından Şəxs şikayət vermiş, iş apellyasiya məhkəməsindən baxılaraq Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Aliment borcunun ödənilməsi ilə bağlı Şəxs ilə əlaqə saxlayaraq aliment borcunun ödənilməsini bildirdikdə Ayaz ona məxsus “Kamaz” markalı yük avtomobilini sataraq aliment borcunu tam olaraq bağlayacağını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin qətnaməsinə əsasən ondan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, ümumilikdə 500 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsinə etiraz etməmiş, apellyasiya şikayəti verməmişdir. Aliment üçün yaranan borcla bağlı icra məmuru Hikmət Quliyev ilə tez-tez əlaqə saxlamış, aliment borcundan hər ay 100, 200 və 500 manat ödənişlər etmişdir. Aprel ayında icra məmuru ilə yenidən əlaqə saxlayaraq icra məmuruna qarşı tərəflə üzbəüz gəlməmək üçün nə etməli olduğunu soruşmuşdur. İcra məmuru ilə danışdıqdan sonra etibarnamə ilə idarə etdiyi “Kamaz” markalı yük avtomobilin satışından əldə olunmuş puldan tələbkarın ona verdiyi kart hesabına aliment borcundan ümumilikdə 9160 manat pul ödəmiş, az bir miqdarda aliment borcu qalmışdır. Bir müddət keçdikdən sonra icra məmuru Hikmət müəllim onu icra şöbəsinə çağırmış, qarşı tərəfin pulu qəbul etmədiyini, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə getməli olduğunu bildirmiş, məhkəmədə işə baxan hakim İbrahim Fəttahov barəsində tərtib edilmiş protokola xitam verərək onu məhkəmə zalından buraxmışdır. Daha sonra Zərərçəkmiş şəxs tərəfindən həmin işdən apellyasiya məhkəməsinə şikayət verilmiş, apellyasiya məhkəməsi qərarı qismən ləğv edərək, işə yenidən baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərmişdir. Göyçay Rayon Məhkəməsində işə baxıldıqda qarşı tərəf iddia etmişdir ki, onun Xaçmaz rayonunda yaşayan yaxın dostu faktiki olaraq Dilrubəyə məxsus torpaq sahəsi sataraq pulu ona göndərilmişdir. Sübut kimi təqdim olunmuş səs yazılarının heç birində Orucova Dilrubiyə aid ad çəkilməmiş, “Diliş” deyilmiş, bundan başqa o səs yazıları montaj edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən 500 (beş yüz) manat cərimə edilmiş, həmin qərardan apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsində onların adı keçilən torpaq sahəsinə Quba asan xidmət mərkəzindən torpağın alqı-satqısı ilə bağlı müqaviləni almış, aprel ayında aliment borcundan ödəniş etməyinə baxmayaraq qarşı tərəf iddia etmişdir ki, onun ödədiyi aliment borcunun ödənişi kimi göstərdiyi məbləğ torpağın satışından alınmış və ümumi dostları Rəşadın həmin torpağa görə kartına köçürdüyü puldur. Halbu ki, sözügedən torpaq sahəsi xx.xx.2024-cü il tarixdə satılmış, amma ödənişlər nədənsə ondan əvvəl aparılmışdır. Bundan başqa torpaq sahəsi 7700 manata deyil 5000 manata satılmışdır. Dostu Rəşad həm apellyasiya məhkəməsinə həm də Göyçay Rayon Məhkəməsinə bu məsələ ilə bağlı teleqram göndərmiş və onun Dilrubə ilə nikah pozulduqduqdan sonra ümumiyyətlə ünsiyyətdə olmadığını bildirmişdir. O, uşaqlarına qarşı daima diqqətli olmuş, atalıq borcunu yerinə yetirərək onların həyat şəraiti ilə maraqlanmışdır. Hal-hazırda onun aliment borcu yoxdur. Məhkəmənin sualına cavab olaraq Şəxs bildirdi ki, “Kamaz” markalı avtomobili özü satmamış, mülkiyyətçidən xahiş etmişdir ki, o satsın. Bunu təsdiq edən şahidlər var, lakin başqa sübütü yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, deyilənlərin heç biri həqiqəti əks etdirmir. Onun sübutlarının hər biri disk vasitəsi yazılaraq iş materialına əlavə edilmişdir. Torpaq sahəsinin alqı-satqısı avqut ayında olmuş, Şəxs dediyi “Kamaz” markalı yük avtomobil isə təqribi yanvar-fevral aylarında satılmış və onun satışından əldə etdiyi pulu yenidən evləndiyi üçün gəlinə qızıl-zinət əşyaları almağa xərcləmiş, bunu da təsdiq edən telefon danışıqları var. Şəxs ilə evli olduqları dövrdə onların Xaçmaz rayonunda yaşayan ailəvi dostları var idi, bir müddət xəstəli ilə əlaqədar onlarda qalmışdır. Sonra Xaçmaz rayonunda dostlarının evinin yaxınlığında torpaq sahəsi satılırmış və həmin torpaq sahəsinin almaq istəyərək ailə dostları Rəşada etibarı olduğu üçün həmin torpağın Rəşadın adına rəsmiləşdirilməsinə dair razılığa gəlmişdirlər. Bundan sonra həmin torpaq faktiki olaraq onun özünün istifadəsində olmuşdur. Sonradan o xəstəli ilə bağlı maddi ehtiyacları olduğu üçün həmin torpaq sahəsinin satılması ilə bağlı Rəşaddan satılmasını xahiş etmişdir. Rəşad həmin torpağa görə onun kartına ümumilikdə 7700 manat köçürmüşdür. Həmin qəbzləri də Rəşadın anası ona “Whatsapp” mobil tədbiqi vasitəsi ilə göndərmişdir. Şəxs aliment borcundan icra məmuruna təqdim etdiyi ödəniş qəbzi onun aliment borcundan ödədiyi pul deyil, həmin torpaq sahəsindən satılıb əldə olunan puldur. Şəxs həmin torpaq sahəsindən əldə olunan pulun onun kartına köçürülməsi ilə bağlı qəbzləri icra məmuruna təqdim etmişdir. Bununla bağlı danışıqlar və disk iş materiallarında mövcuddur. Aliment borcunun ödənilməsini tam şəkildə tələb edir. Ödəmədiyi halda Şəxs barəsində qanuna müvafiq qaydada tədbirlər görülməsini xahiş edir. Məhkəməinin verdiyi suala cavab olaraq zərərçəkmişşəxs şəxs Zərərçəkmiş şəxs bildirdi ki, iş materialında olan alqı-satqı müqaviləsinin məhz onun ona məxsus torpaq sahəsinə aid olub-olmadığını bilmir, çünkü Rəşadın mülkiyyətində özünə də məxsus torpaqlar var idi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2006-cı il tarixdə anadan olmuş X2 və xx.xx.2009cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsində vermiş olduğu izahatında göstərmişdir ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi ödəməli olduğu 4000 manat aliment pulu əvəzinə 9160 manat aliment ödəmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Zərərçəkmiş şəxs hesabına 500 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs hesabına 700 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzin surətindən görünür ki, Xaşmaz rayonunda yerləşən “Milliön” elektron ödəmə sistemindən saat 19:14-də Zərərçəkmiş şəxs hesabına 5000 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzin surətindən görünür ki, Xaşmaz rayonunda yerləşən “Milliön” elektron ödəmə sistemindənsaat 19:17-də Zərərçəkmiş şəxs hesabına 2700 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs hesabına 60 manat ödəniş edilmişdir. CD diskə köçürülmüş səs yazılarından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə torpaq sahəsinin alqı-satqısının aparıldığı və həmin alqı-satqıdan əladə olunmuş 7700 manat məbləğin (dövlət rüsumu üçün ödənilmiş 100 manat çıxmaqla) Zərərçəkmiş şəxs kartına köçürüldüyü bildirilmişdir. Fotoşəkillərdən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs məxsus karta ümumilikdə 2700 manat ödəniş edilmiş və qəbzlərin şəkilləri xx.xx.2024-cü il tarixdə saat 19:40-da onun mobil telefonuna göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, proses iştirakçılarının izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Belə ki, məhkəmə iclasında borclu Şəxs ona məxsus “Kamaz” markalı yük avtomobilini sataraq tələbkar Zərərçəkmiş şəxs olan aliment borcu əvəzi 5000 manat və 2700 manat olmaqla, ümumilikdə 7700 manat ödəniş etdiyini göstərsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər subut təqdim etməmişdir. Bundan başqa o göstərmişdir ki, aliment borcundan hissəvi şəkildə 5000 manat və 2700 manat ödəniş etmiş və məhkəməyə qəbzləri təqdim etmişdir. Həmçinin zərərçəkmiş şəxs həmin məbləğin torpağın alqı-satqısından əldə olunduğunu bildirsə də, alqı-satqı müqaviləsi ilə bu tam olaraq təkzib olunur, çünkü qəbzlər cari ilin aprel ayına aiddir, amma alqı-satqı müqaviləsi iyun ayında bağlanmış və müqavilənin predmeti olan torpaq sahəsinin qiyməti 7700 deyil, 5000 manatdır. Buna münasibətdə məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi qəbzlərin surəti həmin qəbzlərdən birbaşa çıxarılmış surət deyil, fotoşəkillərin surətidir ki, zərərçəkmiş şəxsin “Whatsapp” mobil tədbiqinə Rəşad İsmayılovun anası tərəfindən göndərilmiş fotoşəkillərin eynisini təşkil edir. Yəni hər iki tərəfin təqdim etdiyi qəbzlərin surəti müxtəlif yerdə, vaxtda, formada edilmiş kserosurət deyil, mobil tədbiqə göndərilmiş fotoşəkildir. Bu şəkillərin həqiqətən torpaq sahəsinin alqı-satqısından əldə olunmuş pula aid olduğunu təsdiq edən “Whatsapp” mobil tədbiqində aparılan səs yazıları ilə təsdiq olunması mübahisəzidir. Həmçinin, yazışmaların və qəbzlərin göndərilməsi tarixi eyni günə təsadüf edir və həmin qəbzlərdən də görünür ki, ödəniş Rəşad və ailəsi yaşadığı Xaçmaz rayonundan edilmişdir. Həmin səs yazılarının saxta və montaj olduğuna münasibətdə məhkəmə vurğulayır ki, buna dair barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Şəxs tərəfindən sübut kimi məhkəməyə təqdim edilən alqı-satqı müqaviləsi mötəbər sübut kimi qəbul olunmur. Belə ki, müqavilənin predmeti olan torpaq sahəsinin məhz Zərərçəkmiş şəxs aid olan torpaq sahəsi olduğunu müəyyən etmək mümkün deyil, Rəşad İsmayılovun xx.xx.2024-cü il tarixində özünə məxsus digər torpağının alqı-satqısını həyata keçirdiyi istisna olunmur. Məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hal-hazırda Rəşad İsmayılovla dostluq münasibətləri davam etdiyindən həmin qəbzlərin sonuncunun anasının telefonundan əldə edərək aliment borcunun ödənişi kimi qələmə vermişdir. Bununla da, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs protokol tərtib edilənədək icra sənədi üzrə ödəməli olan məbləğdən və protokol tərtib edildikdən sonra məhkəmə iclası zamanı tələbkara ödəniş etməməsi, icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirilməməsi anlamını inkar edə bilməz. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, borclu Şəxs icra sənədi üzrə borcu ödəyə bilmədiyi halda onun barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması məntiqsiz və nəticə etibarilə səmərəsiz olar. Belə vəziyyətdə məhkəmə Şəxs inzibati həbs tənbehinin tətbiqini qaçılmaz sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114,115,128-130-cü maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 07 noyabr 2024-cü il tarixdən saat 13:04-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar