Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-81/2023 24.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi X2, xx.xx.1988-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1, 330.0.1, 334.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : Şəxs 18 yanvar 2023-cü il tarixdə saat 11:30-da VAZ-21074 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili Göyçay şəhəri, Ə.Kərim küçəsində idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol patrul inspektoru tərəfindən saxlanılmış, sənədləri yoxlanılarkən həmin avtomobili sürücülük hüququ olmadan və etibarnaməsiz, narkotik vasitədən istifadə olunması nəticəsində idarə etməsi müəyyən edilmişdir. İnzibati xəta hadisənin olması 18 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərmişdir ki, 18 yanvar 2023-cü il tarixdə saat 11 radələrində sürücülük hüququ olmadan və etibarnaməsiz VAZ-21074 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, avtomobili sürücülük hüququ olmadan və narkotik vasitədən istifadə etməsi nəticəsində idarə etməsi aşkar edilmişdir. Saxlanılmamışdan bir gün əvvəl toy məclisində iştirak etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayonu Yol patrul xidməti inspektoru X1 bildirdi ki, 18 yanvar 2023-cü il tarixdə saat 11:30-da Göyçay şəhəri Ə.Kərim küçəsində xidməti vəzifələrini icra edərkən VAZ-21074 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sonradan adını bildiyi Şəxs nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməməsini görüb saxlamış, sənədləri yoxlanılarkən avtomobili sürücülük hüququ olmadan və etibarnaməsiz idarə etməsi, habelə hərəkətləri sərxoş vəziyyətdə olmasına şübhələr yaratdığından sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmişdir. Müayinənin nəticəsi olaraq müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bu barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan 18 yanvar 2023-cü il tarixli 93 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktına əsasən Şəxs 18 yanvar 2023-cü il tarixdə saat 13:00-da narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1, 330.0.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlərə məhkəmələrdə baxılması nəzərdə tutulmadığından, barəsində yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olmaması nəzərə alınır. Bundan başqa iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 7 (yeddi) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 24 yanvar 2023-cü il tarixdən saat 11:30-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-81/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-81/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver