Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-810/2024 05.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X2, xx.xx.1976-cı ildə Göyçay şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri, R.Rza küçəsi, ev 125-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 16 avqust 2024-cü il tarixdə saat 19.14-də 102 xidmətinə zəng vurub polis əməkdaşlarının ünvanına, 05 sentyabr 2024-cü il tarixdə saat 15-də Göyçay şəhəri R.Rza küçəsində polis əməkdaşları onu Göyçay Rayon Polis Şöbəsinə dəvət edərkən ünvansız nalayiq ifadələr işlədərək ucadan səs-küy salmış, ictimai qaydanı pozaraq xuliqanlıq hərəkətlərinə yol vermişdir. İnzibati xəta hadisənin olması 05 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə 102 xidmətinə zəng etmişdir. DİN-in və polis əməkdaşlarının ünvanına təhqiredici ifadələr işlətmişdir. xx.xx.2024-cü il tarixdə saat 15-də Göyçay şəhəri, R.Rza küçəsində polis əməkdaşları onu Göyçay rayon polis şöbəsinə gətirərkən ünvansız söyüşlər söymüşdür. Xəstə olduğu üçün bu cür hərəkətər etmişdir.Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid1 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Göyçay şəhəri, R.Rza küçəsində Göyçay rayon polis şöbəsinin manqa komandiri Şahid2lə birlikdə xidmətdə olan zaman vətəndaş Göyçay şəhər sakini Şəxs DİN-nin 102 xidmətinə zəng vurub təhqir edici sözlər işlətdiyinə görə onu RPŞ-nə dəvət etmişlər. Həmən vaxt Şəxs ucadan qışqırıb ünvansız nalayiq ifadələr işlətmiş onu sakitləşdirərək RPŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 məhkəmədə izahat vermiş Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsi hakiminin 15 aprel 2024-cü il tarixli 3(046)-304/2024 saylı qərarının surətindən görünür ki,əvvəllər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla 100 manat məbləğində inzibati cərimə təyin edilmişdir. İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsi hakiminin 01 may 2024-cü il tarixli 3(046)-350/2024 saylı qərarının surətindən görünür ki,əvvəllər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla 100 manat məbləğində inzibati cərimə təyin edilmişdir. İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsi hakiminin 22 avqust 2024-cü il tarixli 3(046)-776/2024 saylı qərarının surətindən görünür ki,əvvəllər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə təyin edilmişdir. İşə əlavə edilmiş “AZEMİS” X1 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, Şəxs ABİ-nə görə 396 manat 58 qəpik pensiya alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına , yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan , habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq,cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın ictimai qayda əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmaması və eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi iş üzrə məsuliyyəti ağırlaşdıran hal olması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə təqsirli bilinərək, barəsində müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 75 manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-810/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-810/2024
05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver