Məhkəmə qərarları › İş №3(046)-811/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-811/2022

20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-811/2022 20.12.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Göyçay rayonu Hacalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Hacalıkənd kəndində qeydiyyat olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Göyçay rayonu Hacalıkənd kəndində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı arvadı X3 fiziki ağrı yetirmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində yaşadığı evin həyətində olarkən evdə ailə üzvlərindən heç kəsin olmadığını görmüş, arvadı Ruhiyyənin mobil telefonuna zəng vuraraq harada olduqlarını soruşmuşdur. Ruhiyyə ona qızı Nərminlə birlikdə kəndə olan gözəllik salonuna getdiyini, bir qədər sonra qayıdacağını demişdir. Daha sonra yenidən Ruhiyyənin mobil telefonuna bir neçə dəfə zəng etmiş, lakin Ruhiyyə telefonu açmamışdır. Axşam saat 22 radələrində Ruhiyyə və qızı Nərmin evə gəlmiş, onlardan bu vaxta qədər harada olduqlarını soruşduqda Ruhiyyə ona “sənin nəyinə lazımdır harada idim” demişdir. Bu zaman Ruhiyyənin cavabından əsəbləşərək aralarında mübahisə yaranmış, mübahisə zamanı əli ilə iki-üç dəfə Ruhiyyənin sifət nahiyyəsindən vurmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində izahat vermiş X4 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində əri Seymura deyərək qızı Nərmin ilə birlikdə kəndə olan gözəllik salonuna getmişdir. Orada növbə çox olduğu üçün evə gec qayıtmış, evdə olarkən əri Seymur evdə olmamışdır. Təxminən saat 22 radələrində Seymur evə gəlmiş, ondan harada olduqlarını soruşduqda ona gözəllik salonuna getdiyini, növbə çox olduğu üçün gecikdiyini bildirmişdir. Bu zaman Seymur üstünə hücum çəkərək bir neçə dəfə əli ilə onun baş nahiyyəsindən vurmuş, boğazından tutaraq boğmuşdur. Şəxs şikayətçidir. Barəsində qanuni tədbirlər görülməsin xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd haqqında qərardan görünür ki, Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2022-ci il tarixli 703 saylı ekspert rəyinə əsasən X1 bazunun 1/3-nin bayır səthində qançır küt-bərk əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarın təsvir hissəsində göstərilən xx.xx.2022-ci il tarixinə yğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verən hesab edir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Göyçay rayonu Hacalıkənd kəndində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı arvadı X3 fiziki ağrı yetirərək Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 1 ay müddətinə inzibati həbs tənbeh növü təyin edilsin. Həbsin əvvəli xx.xx.2022-ci il tarixdən saat 11:25-dən hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar