Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-818/2025 21.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Mlikkənd kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1 və 388-1.1.1-ci maddələri ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs 2025-ilin noyabr ayında müxtəlif günlərdə Tiktok sosial şəbəkəsində İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuş, Göyçay Rayon İcra Hakimiyyətinin Başçısının ünvanına və digər şəxslərin ünvanına təhqir və böhtan xarakterli məlumatlar yazaraq yaymış, bundan başqa xx.xx.2025-ci il tarixdə Göyçay RPŞ-nin inzibati otağında ucadan səs-küy salmış, polisin iş fəaliyyətini pozmuş, polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, “Tiktok” sosial şəbəkəsində “Qartal023” istifadəçi adı vardır. Həmin profil ilə 2025-ci ilin noyabr ayında sərxoş vəziyyətdə Göyçay Rayon İcra Hakimiyyətinin Başçısının ünvanına və digər şəxslərin ünvanına nalayiq ifadələr yazmışdır. Bundan başqa xx.xx.2025-ci il tarixdə Göyçay RPŞnin inzibati otağında ucadan səs-küy salmış, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki,2025-ilin noyabr ayında müxtəlif günlərdə Tiktok sosial şəbəkəsində Şəxs “Qartal023” istifadəçi adı altında Göyçay Rayon İcra Hakimiyyətinin Başçısının ünvanına və digər şəxslərin ünvanına nalayiq ifadələr yazmış və xx.xx.2025-ci il tarixdə Göyçay RPŞ-nin inzibati otağında ucadan səs-küy salmış, iş fəaliyyətini pozmuş, polisin qanuni tələbinə tabe olmamışdır.. Bununla da “informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməklə Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı və İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-2.3-cü maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiyatelekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: Həmin qanunun 13-2.3.9-cü maddəsinə əsasən təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar. Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 535.1.-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq ona inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib, ona 15 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-818/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-818/2025
21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver