Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-820/2024 19.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi ilə, X1 Bakı şəhər DYP-nin polis kiçik leytenantı X6 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYP-nin polis kiçik leytenantı X6 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 ərizəsini belə əsaslandırmışdır ki, Bakı şəhəri X12 İdarəsinin polis kiçik leytenantı X6 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən barəmdə 50 manat cərimə etmişdir. Təqdim edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol qanuna uyğun tərtib edilməmişdir. Belə ki, inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada tərtib edilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokola inzibati xətanın törədildiyi yer, vaxtı və bu xətanın mahiyyəti, iş üzrə zəruri olan digər məlumatlar qeyd edilməlidir. Protokoldan görünür ki, protokol düzgün tərtib edilməyib. Belə ki, protokolda inzibati xətanın törədildiyi yer göstərilməyib, tərtib edildiyi yer isə Bakı şəhəri Sabunçu rayonu qeyd edilib. Göründüyü kimi bu protokolda konkret yer, bu xətanın mahiyyəti və işin hərtərəfli, tam və obyektiv aparılması üçün zəruri olan məlumatlar qeyd edilməyib. İnzibati tənbeh vermə haqqında qərar qəbul edən Bakı şəhəri DYPİ-nin polis kiçik leytenantı X4 avtomobilinin duracağa qərəzli şəkildə gətirildiyini və obyektiv qərarın qəbul edilməsi üçün göstərdiyi zəruri halların tam araşdırılmasını xahiş etmişdir. Qərardan verdiyi bu şikayətdə göstərdiyi və təkzibolunmaz subutlarla müəyyən olunur olunur ki, xx.xx.2024-cü il tarixdə barəmdə çıxarılmış qərarda göstərilmiş İXM-nin 342.5ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Buna görə də bu qərarı əsasız və qanunsuz hesab edir. X2 məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə, saat 23:25-də “KİA SORENTO” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXMnin 342.6-cı maddəsinin tələblərini pozmuş, buna görə də onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan görünür ki, X7 İXM-nin 342.6-cı maddəsi ilə təqsirli bilinib 50 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında biri digərini təkzib etməyən sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə barəsində qərar çıxarılmış X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. İstinad olunan maddədə nəzərdə tutulan inzibati xətanın baş verməsi üçün sürücü tərəfindən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismar edilməlidir. Məhkəmə baxışı zamanı X5 istinad edilən inzibati xətanı törətdildiyinə dair video foto görüntülər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində qərar qəbul edilmiş şəxs X7 barəsində inzibati icraat İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla aparıldığından, şikayəti təmin edilməli, X7 barəsində Bakı şəhər DYP-nin polis kiçik leytenantı X9 tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X3 şikayəti təmin edilsin. X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə 50 manat inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhər DYP-nin polis kiçik leytenantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-820/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-820/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver