Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-822/2024 11.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, İnzibati xəta törətmiş Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, Göyçay rayonu Məlikkənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddələri ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq Göyçay şəhərində, məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir. Ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Göyçay rayonu Mollahacılı kəndi ərazisindən keçən hissədə nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi Vaz 21074 markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qarşıda hərəkətdə olan Opel Astra markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili keçmək istəyərkən avtomobili arxadan vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs məxsus avtomobilə ziyan dəymişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf etməklə göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Göyçay rayonu Mollahacılı kəndi ərazisindən keçən hissədə nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi Vaz 21074 markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili arxaya hərəkət etdirərkən Zərərçəkmiş şəxs məxsus Opel Astra markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Nəticədə Zərərçəkmiş şəxs məxsus avtomobilə ziyan vurmuşdur. Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyan sığorta tərəfindən ödəniləcəkdir. Törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Göyçay rayonu Mollahacılı kəndi ərazisindən keçən hissədə Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi Vaz 21074 markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ona məxsus Opel Astra markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Baş vermiş hadisə nəticəsində avtomobilinə maddi ziyan dəymişdir. Hazırda Şəxs ilə barışmışdır. Avtomobilinə dəymiş ziyan sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Buna görə də Şəxs şikayət və tələbi yoxdur. İşə materiallarına əlavə edilmiş Volqa MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus Opel Astra markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2380manat maddi ziyan dəymişdir. İş üzrə inzibat xəta törətmiş Şəxs izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. İş materiallarında inzibati xəta hadisəsi baş verərkən zərər çəkmiş Zərərçəkmiş şəxs maddi ziyan dəydiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nın 332.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə peşman olduğunu məsuliyyətini yüngülləşdirən hal kimi və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, ona 500 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-822/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-822/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver